Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (9-01-2017, 22:14)
“O səs Türkiyə”dən qovulan azərbaycanlılar danışdı – Qalmaqal böyüyür

o_sest

Azərbaycanlıların qrup şəkilində “O səs Türkiyə”dən uzaqlaşdırılması qalmaqala səbəb olub. Əvvəlcə 3 azərbaycanlı iştirakçının layihədən uzaqlaşdırıldığı barədə məlumat yayılsa da, sonradan onların sayının 5 olduğu məlum olub. Həmin iştirakçılar müğənni Aybəniz Haşımovanın iki tələbəsi, Zülfü Əsədov, Müşfiq Əliyev, müğənni Elza Seyidcahanın tələbəsi olmuş, İtaliyadan yarışmaya qatılan Nofəl Aslanov, İlham Nəzərov və qeyri-adi vokal səsi ilə “O səs Türkiyə”nin münsiflərini heyran qoyan Gülşən İbadovadır. Onların hansı səbəbdən layihədən uzaqlaşdırılması hələ də sual olaraq qalır.

Mediatv.az:  İştirakçıların Musavat.com-a verdiyi açıqlamalardan belə məlum olur ki, əvvəlcə onları məlum olmayan səbəblərdən eyni qrupa salıblar, baxmayaraq ki, müxtəlif müğənnilərin qruplarında çalışıblar, daha sonra isə seçim keçirilib və 5 azərbaycanlıya layihədən kənarlaşdırıldıqları deyilib. Ən ilginc olanı isə hələ bir ay əvvəldən həmin iştirakçıların “O səs Türkiyə” yarışmasındakı ən çox reytinqli olan videolarının “Yutubdan”dan silinməsi olub.

Bu barədə danışan Gülşən İbadovanın iddialarına görə, “Acun media” bununla iştirakçılara psixoloji təsir göstərməyə çalışıb: “Hələ ilk ifamda mənim mikrofonuma müdaxilə olunmuşdu. Ritm həmin ritm deyildi. Qəsdən elə sürətli ritm verilmişdi ki, mahnı heç 30 saniyə çəkməmişdi. İki dəqiqəlik mahnı 30 saniyəyə necə bitmişdi, bilməmişdim. Biz çox psixoloji sarsıntı keçirirdik, ona görə ki, “Youtube”da baxış sayına görə rekord qıran videolarımızı “Acun media” silirdi. Bütün azərbaycanlıları bir qrupa salıb, bizi qəsdən kənarlaşdırdılar. Mən səhnədə onlara öz sözümü demişəm. Yəqin ki, o hissəni videodan montaj edib, kəsərlər”.

G.İbadovanın sözlərinə görə, sonuncu seçim turunda münsiflər heyətinin onlara qarşı davranışları heç də xoş olmayıb: “Bizi pis göstərmək üçün əllərindən gələni etdilər. Səhnədə qarşılamaları, yola salmaları, bütün davranışları bizə qarşı idi. Bizim səsimizdən şou edib, özlərinə reytinq qazanıb, sonda bizi bu şəkildə layihədən kənarlaşdırdılar”.

Nofəl Aslanov isə verdiyi açıqlamasında hələ də nə baş verdiyini anlamadığını bildirib: “Bizim layihədən gözlənilmədən uzaqlaşdırılmağımız həm “Acun media”, həm də müğənni Hadisənin tələbələri üçün çox anı oldu. Proqnoz bu idi ki, mən finala qədər gedim. Amma sonra gördük ki, belə deyil. Hələ də elə bilirəm ki, yuxudayam. Təsəvvür edin, Hadisənin qrupunda 84-cü adam idim. Səhər saat 10-dan, axşam saat 10-a qədər məşqdə oldum. Amma məni canlı efirə buraxmadılar. Çünki canlı efirə çıxsaydım, onlar məni çətin ki, kənarlaşdıra bilərdilər”.

Nofəl Aslanov iştirakçıların internet resuslarındakı videolarının silinməsini təsdiqləyib: “Mənim ifamla bağlı olan videoya 3 gün ərzində 200 mindən çox baxış olmuşdu. Həmin video silinib. Bu məsələ hələ ki, mənim üçün qaranlıq qalıb. Olanlar barəsində isə bizə heç bir izahat verməyiblər”.

Layihədən uzaqlaşdırılan digər iştirakçılar da ölkə mətbuatına danışaraq, onlara qarşı tələ qurulduğunu iddia ediblər.

Acun Ilıcalının köməkçisi olan Nazlı Sütçü bir çox məsələlərə aydınlıq gətirib: “Deyilən mesajları gördüm. İlham Nəzərovun rəyi, ağzından o cür cümlələrin çıxması bizim üçün çox üzücü və qürurumuza toxunan kəlmələr oldu. O, dedi ki, “biz burda qonağıq deyə siz bizi layihədən kənarlaşdırdız”. Bu, çox ayıb bir şeydir, “Acun media”ya olan bir sayqısızlıqdır. Dünyanın bir çox ölkələrindən bizim layihəyə iştirakçılar qatılır. Xüsusən də, Azərbaycan bu məsələdə birinci yerdədir. Biz azərbaycanlılara daha həssas yanaşırıq, onları görəndə çox sevinirik. “Azərbaycan və Türkiyə birdir” deyə düşünürük. Kənarlaşdırılan iştirakçılara da orda açıqlama verildi ki, “daha yaxşı performans göstərərdin, səni seçərdik, digərini deyil”. Biz hər il Azərbaycandan nə qədər iştirakçı qəbul edirik. Biz onları öz məmləkətimizin vətəndaşlarından biri kimi qəbul edirik. Hazırda layihədə 4 ən yaxşı azərbaycanlı iştirakçı yarışır. Bu yarışmanın birincisi, çempionu olan azərbaycanlısı da var”.

Nazlı Sütçü 5 iştirakçının eyni vaxtda kənarlaşdırılamsına bu cür aydınlıq gətirdi: “Layihədə sırf opera ifaçısı və ya sırf türkü oxuyan qruplar var. Bu dəfə Azərbaycandan qatılan iştirakçıların əksəriyyəti opera ifaçısı olduğundan seçim bu cür oldu. Burda başqa məna axtarmaq sadəcə, ayıbdır və biz buna çox təəssüf edir, çox üzülürük”.

Nazlı Sütçü azərbaycanlı iştirakçıların hansısa yanlış addımları ola biləcəyi barədə iddialara da açıqlama verib: “Qətiyyən azərbaycanlı iştirakçıların heç birinin yanlış addımları, bir qüsurları, sayğısızlıqları olmayıb. Əxlaqları ilə bağlı da heç bir problem yaşanmayıb. Sadəcə, seçilmə ilə bağlı mərhələdə bu cür qərar verildi”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024