Ana səhifə Siyasət Sosial Hadisə İqtisadiyyat Dünya Gündəm Mədəniyyət Maqazin İdman Müsahibə Cəmiyyət Sağlamlıq

Mədəniyyyət (22-12-2016, 18:14)
"İlham Əliyev yüksək nüfuza sahibdir" - Putin

 

 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib.

Mediatv.az xəbər verir ki, təbrikdə deyilir:

`Hörmətli İlham Heydər oğlu.

55 illik yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Siz Azərbaycanın sosial-iqtisadi inkişafı üçün çox işlər görən təcrübəli və uzaqgörən dövlət xadimi kimi haqlı olaraq həmvətənlərinizin səmimi hörmətini qazanmısınız və beynəlxalq aləmdə yüksək nüfuza sahib olmusunuz.

Rusiyada Sizi ölkəmizin etibarlı dostu, Rusiya-Azərbaycan strateji tərəfdaşlığının, müxtəlif sahələrdə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinin prinsipial tərəfdarı kimi tanıyırlar.

Bizim aramızda yaranmış etimadı və qarşılıqlı anlaşmanı yüksək qiymətləndirirəm. Sizinlə konstruktiv ünsiyyətin və səmərəli birgə işin davam edəcəyinə ümidvar olduğumu bildirirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram`.

Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev də İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:

`Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi 55 illik yubileyiniz münasibətilə Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm.

Dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə Sizin böyük şəxsi töhfənizi xüsusi qeyd etmək istərdim. Siz ikitərəfli ticari-iqtisadi əməkdaşlığın inkişafına, sənaye, infrastruktur və energetika sahələrində iri müştərək layihələrin həyata keçirilməsinə daim diqqət yetirirsiniz. Əminəm ki, əməli qarşılıqlı fəaliyyətin gücləndirilməsi, regionlararası kooperasiyanın və işgüzar əlaqələrin genişlənməsi Rusiyanın və Azərbaycanın mənafelərinə tamamilə uyğundur.

Sizinlə həmişə konstruktiv, etimada əsaslanan şəraitdə keçən görüşlərimizi səmimiyyətlə xatırlayıram. Səmərəli ünsiyyətimizin davam etdirilməsinə şad olaram.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram`.

Eyni zamanda Ukrayna prezidneti Petro Poroşenko da Azərbaycan prezidentini təbrik edib. Məktubda deyilir: "Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin. Müasir Azərbaycanın gələcək uğurlu tərəqqisinə, cəmiyyətin sürətli inkişafına və ölkənin nüfuzunun beynəlxalq arenada möhkəmlənməsinə yönəlmiş ali dövləti fəaliyyətiniz Ukraynada və dünyada geniş rəğbət qazanıb.

İnanıram ki, Ukrayna-Azərbaycan əməkdaşlığı gələcəkdə də etimad və qarşılıqlı anlaşma prinsipləri əsasında səmərəli şəkildə inkişaf edəcək, birgə səylərimiz isə Ukrayna və Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa olunmasına təsir göstərəcək.

Əminəm ki, 2017-ci ildə Ukraynaya Sizin gözlənilən səfəriniz zamanı səmimi dialoqun davamı ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığa və səmərəli tərəfdaşlığa yeni impuls verəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, əmin-amanlıq və dost Azərbaycan xalqının tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə bol enerji və yeni nailiyyətlər arzu edirəm".

Bundan başqa Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, MDB Parlamentlərarası Assambleya Şurasının baş katibi Aleksey Sergeyev və Misir-Azərbaycan Dostluq Qrupunun sədri, millət vəkili, sabiq xarici işlər naziri Səfir Məhəmməd Əl-Orabi də İlham Əiyevi təbrik edib.



Reklam
Xəbər lenti
Dünən, 23:15
Dünən, 22:14
Dünən, 21:25
Dünən, 20:11
Dünən, 19:15
Dünən, 18:15
Dünən, 17:44
Dünən, 17:26
Dünən, 17:15
Dünən, 16:47
Dünən, 16:27
Dünən, 16:15
Dünən, 15:46
Dünən, 15:24
Dünən, 15:16
Dünən, 14:48
Dünən, 14:26
Dünən, 14:15
Dünən, 13:42
Dünən, 13:24
Dünən, 13:14
Dünən, 12:47
Dünən, 12:26
Dünən, 12:12
Dünən, 11:42
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı