Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (9-04-2016, 14:09)
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsində yeyinti

Daha bir dövlət qurumunda yeyintilər:

 

Hesablama Palatası Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı audit tədbiri həyata keçirib. Audit sübutları ilə müəyyən edilib ki, əməyin ödənilməsi ilə bağlı maliyyə vəsaitlərinin həcmi və icra göstəriciləri arasında bir sıra uyğunsuzluqlar mövcud olub.
Mediatv.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında” adlı hesabat sənədində bildirilib.
Sənədə əsasən, tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi, fəaliyyət göstərməsi üçün müvafiq şərait yaradılmamış məktəbdə müəllimlərə əmək haqqı ödənilməsi, iş günlərinin düzgün hesablanmaması, həmçinin artıq dərs saatlarının planlaşdırılması və artıq ştat saxlanılması nəticəsində artıq büdcə vəsaiti xərc edilib, ümumilikdə artıq 594 saat dərs və 140 ştat vahidi üzrə əmək haqqı ödənilib. Eyni zamanda, ali və ya orta ixtisas təhsili tələb olunan vəzifələrə bəzi hallarda ümumi orta təhsilli və orta ixtisas təhsilli şəxslərin təyin olunması halları müəyyən edilib.
Nəzarət tədbirlərinin Hesablama Palatasının Kollegiyasında müzakirə edilmiş və müvafiq qərarlar qəbul olunub. İdarədə həyata keçirilən audit tədbiri üzrə aşkar edilən nöqsanların aradan qaldırılması və nöqsanlara yol verən şəxslərin qanunvericiliklə müəyyən olunan qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə Kollegiya qərarının surəti Mədəniyyət və Turizm Nazirliyinə, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə, Bakı şəhər Baş Maliyyə İdarəsinə göndərilib. Eyni zamanda, Hesablama Palatası nəticələrlə bağlı Milli Məclisə məlumat verib.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən təqdim edilmiş məlumatlarda bildirilib ki, işlərində nöqsanlara yol verən vəzifəli şəxslərlə bağlı intizam-tənbeh tədbirləri tətbiq edilib, o cümlədən 4 nəfər işdən azad edilib, idarə rəisi, maliyyə-iqtisad regional bölmələri üzrə 4 qrup rəhbər, baş məsləhətçi-iqtisadçı, musiqi təhsili və incəsənət sektorunun müdiri töhmət alıb, maliyyə-iqtisad regional bölmələri üzrə baş məsləhətçi-mühasibə xəbərdarlıq olunub.
Qeyd edək ki, hesabat sənədi Milli Məclisə təqdim olunub. Sənəd aprelin 15-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024