Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (29-02-2016, 12:55)
“Büdcəsi 15-20 min olan saytı AzTV-dən çox izləyirlər…” - QULU MƏHƏRRƏMLİ

123

Teletənqidçi, professor Qulu Məhərrəmli ölkə prezidenti İlham Əliyevin “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” fərmana etdiyi dəyişikliklərə münasibət bildirib.

Mediatv.az xəbər verir ki, Q. Məhərrəmli “Qafqazinfo”ya açıqlamasında deyib ki, fərmana əlavələr günün tələbidir və hüquqi münasibətləri tənzimləməyə xidmət edir: “2005-ci ildə AzTV qapalı səhmdar cəmiyyətə (QSC) çevrildikdən sonra bəzi hüquqi məqamlar açıq qalmışdı. Bu dəyişiklik həmin QSC-də səhmdarların ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən dövlət orqanlarını və onların səlahiyyətlərini müəyyənləşdirir. Burada pul-maliyyə ilə bağlı məsələlər, mühasibat balanslarının, hesabların təsdiqi kimi məqamlar, o cümlədən qurum rəhbərinin səlahiyyətlərinin azaldılması da diqqəti cəlb edir. Bütün bunlar çoxpilləli nəzarətin tətbiqinə, büdcədən ayrılan maliyyənin səmərəli xərcləməsinə və korrupsiya riskini azaltmağa imkan verəcək”.

Q.Məhərrəmli əlavə edib ki, prezidentin fərmana etdiyi dəyişiklik mədəniyyət tarximizin bir parçası olan AzTV-nin inkişafına, onun daha baxımlı proqramlar hazırlamasına, geniş auditoriya toplamasına, yəni daha səmərəli işləməsinə impuls verəcək: “Kimsəyə sirr deyil ki, cəmiyyət və ümumdövlət maraqlarına xidmət edən telekanalın müsbət imici və nüfuzu olmalıdır, tamaşaçı ona etimad göstərməli, dediyinə inanmalıdır. Bunlar isə yalnız yayımın səmərəsi olduqda mümkündür. Amma təəssüf ki, bu dəqiqə belə deyil. Bu gün büdcəsi 15-20 min manat olan ciddi bir saytın izləyiciləri, hər il dövlətdən 50 milyon manatdan çox vəsait alan AzTV-nin tamaşaçılarının sayından bəzən çox olur. Ona görə də verilişlərin səmərəliliyi haqqında ciddi düşünmək lazımdır. Bu baxımdan cənab prezidentin fərmana etdiyi dəyişikliklər həmin strateji məqsədin reallaşması üçün zəmin yaradır”.

Professor son günlərdə AzTV sədrinin ona qarşı apardığı kampaniyaya da münasibət bildirərək, bunu mühüm ictimai funksiya yerinə yetirən bir qurum rəhbərinin nalayiq hərəkəti kimi qiymətləndirib: “Uydurulan əcaib böhtan və ittihamlarla işim yoxdur, amma tənqidə dözümsüzlük, insanın tutduğu vəzifəsinin strateji önəmini dərk etməməsi və dövlət təfəkkürünün bu qədər dayaz olması adamı heyrətləndirir. Mən hələ yaradıcı insanlara münasibətdə vəzifədən sui-istifadədən, dövlət vəsaitinə alınmış avadanlığı və başqa resursları şəxsi məqsədlər üçün xərcləməyin məsuliyyətindən danışmıram”.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024