Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (16-02-2014, 16:28)
Mətanət Əsədova boşanmasından danışdı

 

Müğənni Mətanət Əsədova birinci nikahının alınmaması səbəbindən danışıb. 
Mövqe.az ilə fikirlərini bölüşən müğənni bildirib: 
"Mən Mətanət olan gündən, əzəldən çox sevildim ancaq sevə bilmədim. Birinci nikahım 10-15 gün içində qurulan bir iş idi. Əvvəlki həyat yoldaşımla tanışlığım mağazada baş tutub. Mən qohumumla mağazaya getdim, telefonumda problem var idi. Bu oğlan telefonumu aldı və problemi həll etdi. Ondan sonra nömrəmi götürmüşdü və zəngləşirdik. Mağazada o məni görəndə inanın makiyajsız və saçımda da maska var idi, başım bağlı idi. O, məni o gündə bəyənmişdi. Özü burada yaşamırdı və mənim müğənni olduğumu da bilmirdi. Ailə qurduq. Amma dünyaya baxışlarımız fərqli idi. Həm də o , məndən yaşda kiçik idi".
Müğənni ayrılma səbəbini də açıqlayıb: "Mən ayrıldım. Bir gün evdə oturmuşduq. O, anidən mənə qayıdıb dedi ki, gözəlim bəs nə əcəb sən məndən yaşda böyük idin, utanmadın, mənə ərə gəldin. Elə bil başımdan bir qab qaynar su tökdülər. Şoka düşdüm. Və ona dedim ki, bitdi, Emil... Sən içimdəki Mətanəti qırdın, ona elə bir təpik vurdun ki, param-parça oldu. Dağ çəkdin mənə... Bu gündən biz sənlə olduq, dost..!"
Mətanət Əsədova boşandığı həyat yoldaşı ilə indi də təmasda olduğunu açıqlayıb: "Mən onunla dostam. Sabah nikahı olsa, gedib oxuyacam və həyat yoldaşına da bahalı bir zinət əşyası alıb, aparacağam. Vəssalam. Mən belə insanam". 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024