Ana səhifə Siyasət Sosial Hadisə İqtisadiyyat Dünya Gündəm Mədəniyyət Maqazin İdman Müsahibə Cəmiyyət Sağlamlıq

Maqazin (9-12-2016, 14:44)
Əli Mirəliyev: “Cavan qızları ərəbə, fransıza satırlar”

Müğənnilərin yüz minlik maşınlarının olması, onların milyonluq villa və bağ evləri barədə dərc olunmuş məqalələr oxucularla yanaşı bəzi şou biznes nümayəndələrini də özündən çıxarıb. 

 

Mediatv.az:  Onlardan bəziləri müğənnilərin milyonluq evlərinin, yüz minlik maşınlarının olmasını normal, bəziləri isə qeyri-normal adlandıraraq bəzi sənət adamlarını “qara işlərlə” məşğul olmaqda, eləcə də insan alverində ittiham edib. 

Cebhe.info-ya danışan tanınmış müğənni və tənqidçi Əli Mirəliyev müğənnilərin bəzilərini insan alveri ilə məşğul olmaqda ittiham edib:

“Elin gözü tərəzidir. El sözü düz olar. Hətta belə bir xalq mahnısı da var ki, el sözü əvvəl-axır düz olar. Əgər kimsə deyirsə ki, onların insan alveri ilə əlaqəsi var demək ki, var. Mənim yadıma gəlir müğənni Rəqsanənin anasının, bacısının özünün də insan alverində  adı hallanırdı. Hətta aeroportda da onu saxlamışdılar. Nə qədər adama pul atmağı barədə də yazılar oxumuşdum. Heç gör deyirlər ki, Əli Mirəliyev insan alveri ilə məşğuldur? Amma deyirlər ki, filankəslər insan alveri ilə məşğuldur.

Demək ki, nəsə var, deyirlər. Məndən çox bunlar səhnədə ola bilməzlər, məndən çox da məclisə gedə bilməzlər. Amma mənim bu gün imkanım yoxdur, evimin divar kağızını dəyişə bilmirəm, imkanım yoxdur. Mənə 180 manat pensiya verirlər, indi məclislərə də gedə bilmirəm, maşınım da yoxdur. Bunlar necə yüz minlik maşın sürürlər, necə milyonlara ev ala bilirlər? Demək ki, bunlar nəsə “qara işlə”, insan alveri ilə məşğuldurlar. Millətimizin cavan-cavan qızlarını aparıb ərəbə, fransıza satırlar. İndinin qızları gələcəyin analarıdır. Nəslimizi tükədirlər bunlar. Gələcəkdə o qadınlardan nə olacaq? Müharibəsiz qırırlar milləti. Bunu dərindən araşdırsalar burda çox böyük bir cinayət var. Hansısa müğənni gedir Dubayda, Türkiyədə, Rusiyada pul qazanır, xalqın qızını, xalqın balasını da məhv edir.

Elə bilirlər ki, burda hakimlərdən 5-10 manat pul verib canlarını qurtaracaqlar, amma onlar bilmirlər ki, o dünyada canlarını o sorğu – sualdan qurtara bilməyəcəklər. Yenə səsi olsa, sənəti olsa, oxusa, deyərsən ki, bu pulu oxumaqla, sənəti ilə qazanıb, məsələ orasındadır ki, bunların səsi də yoxdur. Mən həmişə  demişəm, indi də deyirəm ki, Azərbaycanda müğənnilərin 90%-i öz aid olduqları yerlərində deyillər. Bunlar ümumiyyətlə, müğənni deyillər, həvəskar ifaçıdırlar. Alverçidilər bunlar. Amma di gəl ki, adların qoyublar əməkdar artisti, xalq artisti. Baxırsan ki, əsl sənətkara qiymət verilmir, amma səsi olmayanlar gündəmdədir.

Firuzə İbadova kimi sənətkar bu gün kirayədə qalır. 2016-cı ildə belə bir sənətkar kirayədə qalır! Belə sənətkar necə olur kirayədə qalır, amma, ay filankəs, sən 3 mərtəbəli villada qalırsan? Daha adlarını çəkmirəm o “filankəs”lərin. Mümkün də deyil milyonluq villanı oxumaqla almaq. Mümkün deyil. Elə iki ay Məhərrəm ayı, bir ay Orucluq, bir də may ayında toy olmur. Yerdə qalır 8 ay. 8 ayda da hər aya 5 toyu olsa yenə də o 10 ilə o evi, villanı ala bilməz. Mən sizi əmin edirəm ki, onlar “dələduzluq” la, ev yıxmaqla məşğul olaraq qazanırlar o pulu”. 



Reklam
Xəbər lenti
23 05 2017
23 05 2017
23 05 2017
23 05 2017
23 05 2017
23 05 2017
23 05 2017
23 05 2017
23 05 2017
23 05 2017
23 05 2017
23 05 2017
23 05 2017
23 05 2017
23 05 2017
23 05 2017
23 05 2017
23 05 2017
23 05 2017
23 05 2017
23 05 2017
23 05 2017
23 05 2017
23 05 2017
23 05 2017
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı