Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (5-10-2016, 20:15)
“Xəyanət kişinin tələbatıdır, buna görə ailəmi dağıtmaram” - Lalə Məmmədova

 

Əməkdar artist Lalə Məmmədova ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olub və maraqlı açıqlamalar verib.

Mediatv.az:  Müğənni ulduz həyatına öyrəşməkdə çətinlik çəkdiyini bildirib: "Mən ulduz deyiləm. Ulduz kimi görə bilmirəm özümü. Sevdiyim işlə məşğulam sadəcə. Ulduz həyatı mənlik deyil".

"Qadın xəyanəti bağışlamalıdırmı?" sualına ifaçı belə cavab verib: "Qadın elə məxluqdur ki, sona kimi ümidli olur. "Bəlkə, düzəlib, daha etməz" deyərək. Çoxları düşünür ki, mənim ailəm xəyanətə görə dağılıb. Yox, bizdə daha ciddi səbəblər var idi. Bir qadın olaraq heç vaxt xəyanətə görə ailəmi dağıtmazdım. Hər bir kişi xəyanətə meyllidir. Bu, bir instinktdir. Bizdə necə ki, analıq instinkti var, onlarda da o var. Qadınlar müdrikdir. Mən xəyanəti hiss etsəm də, üzə vurmamağa çalışmışam. Bir qəlbdə iki insan yerləşə bilməz, kişi yalnız birini sevər. Xəyanət isə başqa bir şeydir. Təbii tələbatdır". 

Tanınmış ifaçı, boşanması və övladları haqda da danışıb: "Uşaqlarıma ayrılıq səbəbini tam deməmişəm. Amma böyük qızıma nisbətən anlatdım. Niyə ayrı qaldığımızı soruşanda, bəzi şeyləri danışdım. Lakin heç vaxt atalarını pisləməmişəm onlara. Çünki onsuz da uşaqlar travma alıb, bir də atalarını pisləyərək, onları çətin duruma salmaq istəmirəm".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024