Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (18-08-2016, 16:32)
Sənətçi ilə mətbuat arasındakı vasitəçilər: peşəkarlıq, yoxsa yazılmamış qanun?

Sənətçi ilə mətbuat arasındakı vasitəçilər: peşəkarlıq, yoxsa yazılmamış qanun?

 

Hazırda sənət adamları arasında bir neçə köməkçi, prodüser, mətbuat katibinin olması dəb halını alıb.
Mediatv.az:  Bəzən bir sənətçi haqda yayılan məlumatı təsdiqləmək üçün media nümayəndəsi öncə onun özünə zəng edir. Müğənni isə özü haqda xəbərə münasibət bildirmək əvəzinə prodüseri ilə əlaqə saxlamağı məsləhət görür.  Daha sonra prodüser zəngə cavab verərək media nümayəndəsini sənətçinin mətbuat katibinə yönləndirir. Mətbuat katibi də həmin an sualı cavablamır, müğənninin münasibətini öyrənmək üçün 15 dəqiqə vaxt istəyir. Beləliklə, maqazin jurnalisti bir şou xəbəri dəqiqləşdirmək üçün ən az 1 saat vaxt sərf edir. 
Sənətə illərini həsr etmiş sənət adamlarından fərqli olaraq mətbuat nümayəndələri ilə köməkçi, prodüser, mətbuat katibi vasitəsilə əlaqə saxlayanlar daha çox orta və gənc nəsildir. Onlar arasında xalq artisti Aygün Kazımova, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, əməkdar artist Röya Ayxan, Nadir Qafarzadə, Xumar Qədimova, Samira Allahverdi, Günay İbrahimli, Natavan Həbibi ön sırada yer alır. 
Mətbuata açıq olan sənət adamları da az deyil. Xalq artisti Faiq Ağayev media nümayəndələri ilə ən yaxşı kontakt quran şou nümayəndəsidir. Adətən, zənglərə özü cavab verən xalq artisti səmimiliyi və xoş münasibəti ilə mətbuat nümayəndələrinin də rəğbətini qazanıb.  Xalq artistləri Gülyaz-Gülyanaq bacıları, əməkdar artist Abbas Bağırov, Ədalət Şükürov, Roza Zərgərli, Ayan Babakişiyeva, Sevil və Sevinc bacıları media ilə birbaşa ünsiyyət quran ifaçılardandır.  
Bəs, əksər azərbaycanlı müğənnilər niyə mətbuata açıq deyil? Onların əvəzinə başqalarının cavab verməsi peşəkarlıq, yoxsa şou aləminin yazılmamış qanunudur?
Musavat.com məsələ ilə bağlı illərdir şou aləmində prodüser kimi fəaliyyət göstərən, hazırda “Gündəm” qrupu ilə çalışan Təranə Səmədova ilə əlaqə saxlayıb.  Prodüser bildirib ki, mətbuatla müğənninin prodüserinin çalışması normal haldır: “Prodüserin mətbuatla əlaqə saxlamağı, sənət adamı haqda məlumat verməsi normal haldır və tam peşəkar yanaşmadır.  Elə müğənni də var ki, yalan açıqlama vermək istəyir, onu mətbuat katibi və prodüseri vasitəsilə mətbuata ötürür. Bəzən isə vasitəçi şəxslər məlumatı müğənninin istədiyi kimi mediaya çatdıra bilmir. Qeyri-peşəkar mətbuat katibi və prodüserə görə sənət adamı ilə jurnalist arasında qırğın düşür. Əslində hər kəs işinin peşəkarı olsa, ünsiyyət qurmaqda problem yaşanmaz. 
Təbii ki, müğənninin peşəkarlıq baxımından deyil, özünü dartmaq üçün media nümayəndələri ilə ünsiyyət qurmaması düzgün deyil. Bəzən müğənnilər iki dəfə çörək yediyi, qeyri-peşəkar jurnalistləri mətbuat katibi olaraq təqdim edirlər. O zaman da müəyyən problemlər yaranır”. 
Röya, Ruhi, Nura Suri kimi məşhur sənət adamlarının mətbuat katibi kimi fəaliyyət göstərən jurnalist Türkan Məmmədli isə deyib ki, media nümayəndələri ilə mətbuat katibinin işləməsi məqsədəuyğundur: 
“Mən hər hansı suala müğənnin əvəzinə mətbuat katibinin cavab verməsinin tərəfdarıyam. Müğənnilərlə işlədiyim üçün deyil, bizdə də Avropasayağı iş getdiyi üçün müsbət yanaşıram. Niyə dünya ulduzlarının peşəkar komandası olsun, bizimkilərdə olmasın? Jurnalistin jurnalistlə işləməsi daha rahatdır. Əvvəl 5 müğənni ilə işləyirdim, gözəl sistem də qurmudşum. İndi başım rəhbəri olduğum sayta qarışıb. "İnstagram" ölkəmizdə populyarlaşdıqdan sonra müğənnilərin PR menecerə və mətbuat katibinə ehtiyacı qalmayıb. Onlar xəbərlərini minlərlə izləyicisi olan səhifələrində paylaşırlar. Sənətçinin mətbuat katibi, prodüseri, PR meneceri olması müsbət haldır. Həm işsizlik azalır, həm də peşəkar komanda qurulur və müğənni ilə jurnalist arasında pərdə götürülmür. Bəzən müğənni əsəbləşib jurnalistə sərt cavab verir, sonra pis olsa da, iş işdən keçir. Mətbuat katibi ilə münasibətləri tənzimləyir. Bizim müğənnilərin dünya ulduzlarından əskik deyillər. Onlar da mətbuatla vasitəçi vasitəsilə ünsiyyət qura bilərlər”. (Musavat.com)
шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024