Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (26-07-2016, 15:16)
Abbas Bağırov: “Toyuna getmədiyim vergi əməkdaşı mənə 30 min borc yazdı”- İTTİHAM

abbas

 

Mən hələ bu qədər özbaşınalıq görməmişəm. Mənə bir vergi idarəsinin əməkdaşı zəng vurdu, iki ay öncə mənə onun toy məclisində iştirak etməyimi söylədi. Təəssüflər olsun ki, iştirak edə bilmədim. Başqa tədbirdə olmalı idim. Daha sonra vergi əməkdaşı mənə sərt reaksiya verdi, söylədi ki, məni əlavə dəyər vergisinə cəlb edəcək.

Mediatv.az “qafqazinfo.az”a istinadən xəbər verir ki, bu sözləri əməkdar artistAbbas Bağırov özünün instaqram səhifəsində  yazıb.

Müğənni iddia edib ki, vergi işçisi onu əlavə dəyər vergisinə cəlb edib:

“Bu gün mənə zəng vurublar ki, sizin 30 min manat borcunuz var və siz ƏDV-yə düşdünüz. Sübutsuz və mənimlə heç bir hesabat atmadan bu addımı atdılar. Belə şey başıma birinci dəfə gəlmir. 10 min manata toya gedirəmsə, onun hamısını vergi əməkdaşı necə hesablaya bilər?

Bəs mənimlə çalışan musiqiçilər nə qazanır? Çəkilən kliplərə, mahnılarımın aranjmanlarına, toyda mənimlə birgə gedən musiqiçilərin alətlərinin yenilənməsinə xərclənən pullar hardandı? Kimə şikayət edək? Belə özbaşınalıq olmaz”.

Əməkdar artist daha sonra vergi borcunu ödədiyini sübut edən qəbzin fotosunu İnstaqram-da paylaşıb və  “Qazandığım puldan vergi ödəməliyəm, qazanmadığımdan yox” şərhini yazıb.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024