Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (11-06-2014, 16:21)
“Lotu Quli”nin qardaşı həbs olundu

Edirnədə “qanuni oğrular”ın toplantısı zamanı mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin əməkdaşı Hüseyn İrmağın öldürülməsinin bəzi təfərrüatları məlum olub

 

 APA TV-nin Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, hadisə ilə bağlı saxlanan şəxslərdən biri cinayətkar aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun qardaşı Namiqdir.
 
“Əski İstanbul” prospektindəki otellərdən birinin dayanacağında başç verən atışmada bir tərəfdən “Rıjiy Albert” və “Zaur Naxçıvanskiy” ləqəbli avtoritetlər, digər tərəfdən isə Namiq, “Lyoxa İrkutskiy”, “Beso Rustavskiy” ləqəbli “qanuni oğrular” iştirak ediblər. Sonuncu iki şəxs aralarındakı münaqişəni həll etmək üçün “Alber Rıjiy”I Türkiyəyə “sxodka”ya çağırıb. Albert Türkiyəyə gəlməkdən imtina edib və Sankt-Peterburqda toplantı keçirərək “Beso” və “Lyoxa”nı qiyabi olaraq totullarından məhrum edib. Bundan sonra “qanuni oğrular” Alberti dəfələrlə münasibətləri aydınlaşdırmağa dəvət ediblər. Albert əvvəlcə Yunanıstana, sonar Misirə gələcəyini vəd etsə də, dediyi ünvanlara getməyib. Opponentləri Albertin Türkiyədə olduğunu müəyyənləşdiriblər. Albert “Düşmənimin (Quli) düşməni (Rövşən) mənim dostumdur” prinsipi ilə kömək üçün “Rövşən Lənkəranski”yə müraciət edib və Rövşən kömək göstərməyə razılıq verib.
 
Albert Edirnəyə “Rövşən Lənkəranski”nin ad verdiyi Zaurla gedib. Edirnədə onları “Beso”, “Lyoxa” və Namiq qarşılayıb. Onlar dərhal Albertdən izahat tələb ediblər. O suallara cavab verə bilmədiyinə görə artıq “qanuni oğru” olmadığı élan edilib və döyülüb. Şahidlər Albertin kömək üçün polis çağırdığını bildiriblər. Bu zaman Albertin mühafizəçilərindən biri silaha əl atıb və cavab olaraq oradakı şəxslərdən biri tərəfindən öldürülüb. Öldürülən şəxsin, yəni Albertin mühafizəçisinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin əməkdaşı Hüseyn İrmaq olduğu müəyyənləşib. Rusiya mətbuatı “Albert Rıjiy”in fürsətdən istifadə edərək hadisə yerindən qaçdığını yazır.   
 
Qeyd edək ki, hadisə ilə bağlı Ədirnədə 7, Təkirdağın Çorlu rayonunda 6 və İstanbul Şişlidə 1 nəfər olmaqla ümumilikdə 14 nəfər saxlanılıb. Saxlanılan azərbaycanlılar 39 yaşlı Ceyhun Əsgərov, 45 yaşlı Rövşən Əliyev, 31 yaşlı Elşən Babayev, 33 yaşlı Əlimüseyib Heydərov, 27 yaşlı Namiq Umudov, 38 yaşlı Miryazif Fəxrəddin və Qara Əliyevdir. "Haber3"ün məlumatına görə, Hüseyn İmrakı vuran Azərbaycan əsilli şübhəli şəxs isə axtarışdadır. 
шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024