Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (22-10-2017, 09:59)
İŞİD-dən xilas edilən Abdullanın qohumları: Onun yolunu gözləyirik

İŞİD-dən xilas edilən Abdullanın qohumları: Onun yolunu gözləyirik

 

 

Bir müddət əvvəl İŞİD terrorçularından xilas edilən azərbaycanlı uşaq Abdullanın ailəsi ilə bağlı yeni faktlar ortaya çıxıb.

Mediatv.az  xəbərinə görə, AzVision.az-ın araşdırması zamanı məlum olub ki, 3 yaşlı Abdullanın atası Süleyman Abdullayev Bakının Suraxanı rayonunda yaşayıb, ailə qurduqdan sonra Türkiyəyə köçüb. 

İşləmək adı ilə ölkəni tərk edən Süleyman ailəsi ilə birlikdə Türkiyədən İraqa yollanıb.

İŞİD sıralarına qoşulan Süleyman, həyat yoldaşı İlahə Abdullayeva və övladları partlayış zamanı həlak olublar. Xoşbəxtlikdən Abdulla sağ qalıb. 

Əldə etdiyimiz digər məlumata görə, Abdullanın anası ölən zamanı hamilə olub. Onun bətnindəki körpəsi ilə yanaşı, 4 uşağı məlum hadisə zamanı ölüb. Abdullanın böyük bacısı Əsmanın 12 yaşı olub. 

İlahə Abdullayevanın dayısı Elçin Zeynalov əməkdaşımızla söhbətində qeyd etdiyimiz məlumatları təsdiqləyib.

“Abdullanın tapılması barədə xəbəri televizordan eşitdik. Onların İraqa getdiklərini bilmirdik. Elə bilirdik ki, onlar Türkiyədə yaşayırlar. İlahə Türkiyədə olanda, onunla tez-tez əlaqə saxlayırdıq. Abdullanın Azərbaycana gətirilməsi ilə bağlı dövlət qurumlarına müraciət etmişik. İlahə və ölən uşaqlarının cənazəsini ölkəyə gətirə bilmədik. Çünki onların meyitləri tapılmadı. Bu yaxınlarda 40 mərasimi olacaq. İlahənin valideynləri bu itki ilə barışa bilmirlər. Anası Səfayənin bu hadisədən sonra səhhəti pisləşib. O, hazırda xəstəxanada müalicə alır. Biz Abdulladan imtina etməmişik. Onun yolunu gözləyirik. Deyirlər ki, Abdulla bir həftəyə Azərbaycana gətiriləcək. Babası Əliqulu Abdullaya sahib çıxmağa hazırdır. Bu, çox ağır dərddir. Heç kimin övladı belə yola getməsin. Nəticəsi ailələr üçün faciə olur”, – Abdullanın qohumu bildirib. 

 

Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) isə bildirilib ki, hazırda Abdullanın ölkəyə gətirilməsi üçün danışıqlar aparılır.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024