Ana səhifə Siyasət Sosial Hadisə İqtisadiyyat Dünya Gündəm Mədəniyyət Maqazin İdman Müsahibə Cəmiyyət Sağlamlıq

Kriminal (23-09-2017, 17:00)
"Falçı Səkinə"nin məhkəmə işi: Allahdan qorxardın, o kartları açıb, bizi aldatmazdın

"Falçı Səkinə"nin məhkəmə işi: Allahdan qorxardın, o kartları açıb, bizi aldatmazdın

 

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səkinə İsmayılovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

Mediatv.az Report-a istinadla xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Esmira Hüseynova ifadə verib.

O, dindirilən zaman bildirib ki, təqsirləndirən S.İsmayılovanı 2014-cü ildən Təyminə Abdullayeva vasitəsi ilə tanıyıb: "Xəstəlikdən əziyyət çəkirdim və bunun üçün də Səkinə İsmayılovaya müraciət etdim. Səkinə İsmayılova da məni əllə müalicə edəcəkdi. Ona 10 manatdan artıq nağd pul və qızıl-zinət əşyaları verdim. Daha əvvəl Səkinəni mənə ekstrasens kimi təqdim etdilər. Evinə gedəndə, kartla baxdığını gördüm".

Onun sözlərinə görə, S.İsmayılova xəstəxanada ölüm ayağında olan qadının yanına gələrək, xəstəyə nəsə edib: "Qadın ölüm ayağında idi. Çox əziyyət çəkirdi. Səkinə həmin xəstənin yanına gəlib nəsə etdi. Amma nə etdiyini bilmirəm. Sonra da həmin qadın öldü. Mənim özüm də xəstə idim. Mənim öləcəyimi də bildirdi. Pulu özümün və ana bətnində olan uşağımın müalicəsi üçün vermişəm. Mən Səkinənin yanına gedəndə, həm də həkim müalicəsi alırdım".

E.Hüseynova ifadəsində qeyd edib ki, iş adamı Barat Abdullayevin arvadı Təyminə Abdullayevanın "Falçı Səkinə"yə 20 min dollar verdiyinə şahidlik edib.

Təqsirləndirilən S.İsmayılova isə zərərçəkmişin dediklərini şər və böhtan adlandırıb.

Zərərçəkmiş E.Hüseynova isə S.İsmayılovaya etiraz edib: "Düzünü danış. Siz məni israrla çağırırdınız. Mənə "öləcəksən, gəl" dedin. Balam şikəst qaldı, məni sağaldardın da. Mən indi də xəstəyəm, sən Allahdan qorxardın, o kartları açıb bizi aldatmazdın. Artıq səndən heç nə istəmirəm, amma hər şeyi etiraf elə, məhkəmədə düzünü danış".

Məhkəmənin növbəti iclası sentyabrın 29-na təyin edilib.



Reklam
Xəbər lenti
17 10 2017
17 10 2017
17 10 2017
17 10 2017
17 10 2017
17 10 2017
17 10 2017
17 10 2017
17 10 2017
17 10 2017
17 10 2017
17 10 2017
17 10 2017
17 10 2017
17 10 2017
17 10 2017
17 10 2017
17 10 2017
17 10 2017
17 10 2017
17 10 2017
17 10 2017
17 10 2017
17 10 2017
17 10 2017
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı