Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (1-10-2017, 20:26)
Ukrayna vətəndaşını istismar edən azərbaycanlılara bəraət verildi

Ukrayna vətəndaşını istismar edən azərbaycanlılara bəraət verildi

 

İnsan alverində təqsirləndirilən Namiq Cahangirov, Məxsud Əliyev, Ataməli Əliyev, Ədalət Əliyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

Mediatv.az  xəbər verir ki, Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən təqsirləndirilən şəxslər barəsində bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, həmin şəxslər Ukrayna vətəndaşını Azərbaycanda istismar etməkdə təqsirli bilinib. Onlar Ukrayna vətəndaşını özlərinə məxsus fermada zorla saxlayaraq məcburi əməyə cəlb ediblər. Ukrayna vətəndaşı olan Viktor Paraşenkonun pasportunu əlindən alıb şəraitsiz otaqda saxlayıblar. Ona qarşı fiziki və psixi təzyiq olunub. İstintaq dövründə N.Cahangirov, M.Əliyev, A.Əliyev və Ə.Əliyevin barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 144-2.2.6-cı (insan alveri, qabaqcadan mütəşəkkil dəstə tərkibində) maddəsi ilə ittiham olunublar.

Daxili İşlər Nazirliyindən bu iş üzrə verilən məlumata görə, xarici vətəndaşın əməyinin istismar olunması faktı 2016-cı ilin aprelində Azərbaycan Daxili İşlər Nazirliyinin İnsan Alveri ilə Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində aşkara çıxarılıb. 17 il əvvəl Azərbaycana gəlmiş Dnepropetrovsk vilayətinin vətəndaşı (istintaq maraqlarına görə adını yazmırıq) Abşeron rayonu, Bilgəh qəsəbəsindəki "Lahıc bağları" massivi ərazisində yerləşən xüsusi fermer təsərrüfatında tapılıb. 

Polislər onu taparkən, bərbad vəziyyətdə olub: arıqlayıb, danışa, baş verənləri ifadə edə bilməyib və dəhşətli dərəcədə üfunət iyi verirmiş. Onun müalicəyə ehtiyacı var imiş. Cinayət işinin materiallarına əsasən, kişi mütəmadi olaraq işləmək üçün Azərbaycana gəlirmiş. 1999-cu ildə onunla ailəsi arasında əlaqə kəsilib. Onu kirayələyən şəxslər ukraynalının sənədlərini, şəxsiyyət vəsiqəsini əlindən alıblar, özünü pis qidalandırıblar, tez-tez döyüblər və fermada heyvanlara (donuzlara) baxmağa məcbur ediblər. Qışda kişi soyuq su ilə çimməyə vadar edilib. Beləliklə, xarici vətəndaş nökərə çevrilib. Onun asılı vəziyyətindən istifadə edən sahibkarlar, onu istismar etmək üçün əldən-ələ veriblər. 2012-ci ildə Ukraynada onu xəbərsiz itkin düşmüş hesab ediblər və qeydiyyatdan çıxarıblar. Zərərçəkmişin yaxınlarını tapmaq mümkün olmayıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024