Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (4-07-2017, 10:53)
İrandan Azərbaycana narkotik keçirən şəxslər tutuldular

İrandan Azərbaycana narkotik keçirən şəxslər tutuldular

 

Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) Cənub Bölgəsində Regional Şöbəsinə (CBRŞ) Lənkəran şəhər sakinləri Anar Əliyev və əvvəllər məhkum olunmuş Aşur Məhərrəmovun ölkəyə qanunsuz yollarla külli miqdarda narkotik vasitə keçirdikləri barədə əməliyyat məlumatı daxil olub.

Mediatv.az-ın XəzərXəbər-ə istinadən məlumatına görə, həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs saxlanılaraq polis şöbəsinə gətirilib.

Araşdırma zamanı məlum olub ki, A.Əliyev şəxsiyyəti istintaqa məlum olmayan Baba adlı İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək satış məqsədi ilə ölkəyə külli miqdarda narkotik vasitə olan tiryək və heroinin dəniz yolu ilə gətirilməsini təşkil edib.

Qeyd edilən miqdarda narkotik vasitələri A.Əliyev A.Məhərrəmovla birlikdə əldə edəndən sonra Lənkəran rayonu Nərimanabad qəsəbəsində yol kənarında gizlədib.

A.Əliyev və A.Məhərrəmov saxlanılandan sonra onların narkotik vasitələri gizlətdikləri yerə baxış keçirilib və oradan içərisində 2 kiloqram 215 qram heroin, 24 kiloqram 075 qram tiryək və 9,351 qram metamfetamin olan çanta aşkar olunaraq götürülüb.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024