Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (18-06-2017, 20:53)
Xalası oğlunu döyənləri bıçaqlayan gənc: Yumşaq yerindən vurdum

Xalası oğlunu döyənləri bıçaqlayan gənc: Yumşaq yerindən vurdum

 

Sumqayıtda bıçaqlanma hadisəsi qeydə alınıb.

Mediatv.az-ın APA TV-yə istinadən verdiyi məlumata görə, kütləvi dava zamanı iki nəfər bıçaqlanıb.
Hadisə gecə saat 00:30 radələrində şəhərin “Beton zavodu” adlanan ərazisində qeydə alınıb.

Xalası oğlunun evinə qonaq gələn Kənan Adıyevlə qonşuluqda yaşayan Qurban Zülfüqarov arasında mübahisə yaranıb. Bu vaxt Adıyevin xalası oğlu söhbətə qoşulub və aranı sakitləşdirməyə cəhd göstərib. Toydan gələn Qurban Zülfüqarov bir neçə dəqiqədən sonra yenidən onların yaşadığı evə gəlir. Bu dəfə tək yox.

Saxlanılan Nurəddin Əliyev iki nəfəri bıçaqladığını etiraf edib: “Hardasa 5-6 nəfər idilər. Biz içəri girmişdik. Gəlib qapını döydülər. Atam, xalam oğlu, hamımız çölə çıxdıq. Xalaoğlunu döydülər. Mən də bıçaq götürdüm. Birinin böyründən, digərinin isə yumşaq yerindən vurdum. Həm sayımız az idi, həm də fiziki cəhətdən bizdən güclü idilər. Əvvəl birini, sonra digərini vurdum”.  

Səsə qonşular çıxıb. Bunu görən şəxslər tez hadisə yerindən uzaqlaşıblar. Xəsarət alan iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Sumqayıt Şəhər Polis İdarəsindən bildirdilər ki, yetirilən bıçaq xəsarətləri daxilə nüfuz etməyib. Fakt araşdırılır.  

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024