Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (3-05-2017, 11:34)
Lənkəranskinin mümkün qatillərindən biri Sankt-Peterburqda öldürüldü

Lənkəranskinin mümkün qatillərindən biri Sankt-Peterburqda öldürüldü

 

Sankt-Peterburqda “qanuni oğru” Nadir Səlifovun (“Lotu Quli”) yaxın adamlarından birini öldürüblər.  

Mediayv.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı Cabir Həsənov aprelin 28-də Leninqrad prospektində yerləşən 148 saylı evin girişində qətlə yetirilib.

Hadisənin şahidləri hüquq-mühafizə orqanlarına qətli törədilənlərin tünd rəngli “İnfiniti” markalı avtomobil ilə hadisə yerindən qaçdıqlarını bildiriblər. Başından və qarnından yaralanan Həsənov hadisə yerində ölüb. 

Qeyd edək ki, qətlə yetirilən şəxs 2016-cı ilin dekabrında “qanuni oğru” Rafiq Eyvazovun (Rafiq Massalinski) vəhşicəsinə döyülüb və qulağının kəsildiyi qanlı hadisənin iştirakçılarından biri olub. Məlumata görə, Sankt-Peterburqda törədilən qətl Rafiq Massalinskinin intiqamıdır və bu intiqamın davamı olacaq. “Qanuni oğru” açıq şəkildə ona hücum edən yeddi nəfərin hər birini taparaq intiqam alacağına dair söz vermişdi. 

Bundan başqa, Cabir Həsənovun 2016-cı ildə İstanbulda törədilən Rövşən Lənkəranskinin qətlinə aidiyyəti ola bilər. Həmin vaxt C.Həsənov Türkiyədə olub. Daha öncə “Prestupnaya Rossiya”nın verdiyi məlumata görə, Lənkəranskinin sifarişçisi, avqustda “qanuni oğru”nun qətlindən sonra Dari Səlifovun (“Quli”) konqlomerat yaradan Vaqif Süleymanovun (“Vaqif Bakinski”) klanına qoşulmuş “Rəşad Gəncinski” ola bilər.  

Məlum olduğu kimi, “Rafiq Massalinski” və “Quli”nin klanları arasında müharibə 2016-cı ilin dekabrında başlayıb. Birinci “qanuni oğru” İstanbulda Rövşən Lənkəranskinin qohumu ilə görüşərək pula görə “Quli”nin doğma qardaşlarının yerini göstərməyə razılaşıb. Tezliklə bu barədə “Quli”yə xəbər çatıb, sonra isə Eyvazova hücum olub. Hücum nəticəsində o, qulağından məhrum olub. Artıq 2017-ci ilin yanvar ayının 10-da Bakıda “qanuni oğru”ların qrupları arasında kütləvi qarşıdurma olub, davada 20 nəfərə yaxın adam iştirak edib. Silahlı qarşıdurmaya səbəb Rafiq Massalinskinin başına gələnlər olub. Hadisə yerində kriminalistlər gilizlər aşkar ediblər. 

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024