Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (18-04-2017, 14:52)
Bakı sakinini DİN-ə işə düzəldəcəyini vəd edən qadın 7 il iş aldı

Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə özünü Daxili İşlər Nazirliyində çalışan yüksək vəzifəli şəxsin adamı kimi qələmə verməklə Bakı şəhər sakininin külli miqdarda pulunu mənimsəyən Mehparə Kazımovaya hökm oxunub.

Virtualaz.org xatırladır ki, hökmə əsasən M.Kazımovaya 7 il həbs cəzası verilib və o, məhkəmə zalında həbs olunub.

İstintaq yolu ilə müəyyən edilib ki, Mehparə Kazımova Bakı şəhər sakini Bahar Abbasovanın qardaşı Əfqan Abbasovu Daxili İşlər Nazirliyinə işə düzəldəcəyini vəd edərək ondan 30 min manat alaraq külli miqdarda ziyan vurub.

Törətdiyi cinayət əməlinə görə M.Kazımovaya qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

...Təqsirləndirilən şəxs qismində dindirilən Mehparə Kazımova ifadəsində Bahar Abbasovanı və qardaşı Əfqanı qəsəbə sakini kimi tanıdığını, Əfqanın taksi sürücüsü işlədiyini, onun idarə etdiyi avtomaşınla bir neçə dəfə Bakı şəhərinə gedib-gəldiyini göstərib.

2013-cü ilin yay aylarında növbəti dəfə Əfqanın maşını ilə Mərdəkan qəsəbəsinə gedərkən Bahar da maşında olub. Yolboyu M.Kazımovanın telefonda kimisə işə düzəltməklə bağlı “işgüzar” söhbəti Bahar Abbasovanın diqqətini çəkib. B.Abbasova ondan qardaşı Əfqanı da işə düzəltməsini xahiş edib: “Bahara yalandan dedim ki, Daxili İşlər Nazirliyində tanışım var, Əfqanı ora 4 min manat müqabilində sürücü düzəldə bilərəm. Əslində isə Əfqanı işə düzəltmək fikrim olmayıb. Ondan aldığım pulu öz ehtiyaclarıma xərcləmək niyyətində idim”.

M.Kazımovanın ifadəsinə görə, ertəsi gün Bahar onunla əlaqə saxlayıb. Qardaşının tez bir zamanda işə düzələcəyinə ümid edən qadın həmin məbləği ona verib. M.Kazımova müəyyən sənədlərin hazırlanması üçün vaxt lazım olduğunu deyib: “Həmin vaxtlar maddi vəziyyətim yaxşı deyildi. Baharı mütəmadi aldadıb ondan pul götürmək niyyətindəydim. Hər dəfə Bahardan pul alanda Əfqanın işinin tez bir zamanda düzələcəyini deyirdim. Ona pulların sürücülük vəsiqəsinin kateqoriyasını artırmağa, stajı çoxaltmağa və s. bu kimi şeylərə xərcləndiyini deyirdim. Bu minvalla Bahardan dəfələrlə pul istəyirdim. Sonradan Əfqanın idman intahanından keçməsi üçün pul lazım olduğunu, əks halda artıq çəkisinə görə imtahandan kəsiləcəyini söylədim, yenə də pul aldım”.

 

Müxtəlif yollarla Bahar Abbasovadan 2013-cü ildən 2016-ci ilə qədər pul qoparan, yaxın günlərdə qardaşının işlə təmin olubacağını vəd edən M.Kazımovanın gec də olsa iç üzü ortaya çıxıb: “Bahar zəng vurub mənə verdiyi 30 min manat pulu qaytarmağımı tələb etdi. Bilirdim ki, polisə şikayət edəcək. Amma pulu qaytarmaq imkanım yox idi. Yalandan dedim ki, evimi satıb pulunu qaytaracam. Əslində o evi 2013-dən satmışdım, həmin evdə kirayədə qalırdım. Baharın atası da bunu hardansa öyrənmişdi”.

Zərərçəkmiş şəxs qismində dindirilən Bahar Abbasova da ifadəsində Mehparə Kazımova ilə ilk dəfə qardaşının maşınında yol gedərkən tanış olduğunu göstərib: “Anam rəhmətə gedib. Atam və bacı-qardaşımla birlikdə yaşayıram. Tibb bacısı işləyirəm, qardaşım Əfqan taksi sürücüsü kimi fəaliyyət göstərir. Bacım işləmir, xəstə olduğuna görə pensiya alır. 2013-cü ilin yay aylarında qardaşımın maşını ilə Mərdəkana gedəndə yolda Mehparə də maşına əyləşdi. Mehparəni həmin vaxt tanımışam. Özü danışırdı ki, Daxili İşlər Nazirliyində yaxın tanışı var. Mən də Əfqanı işə düzəltməsini xahiş etdim. Problem olmadığını bildirdi, bu işi həll edəcəyinə söz verdi. Atamla danışıb, məsləhətləşib sonra xəbər verəcəyimi dedim. Evə gəlib atamla danışdım, razılaşdım. Xalam qızı Rəsmiyyədən 4 min manat borc pul alıb Mehparəyə verdim”.

Zərərçəkmişin ifadəsinə görə, M.Kazımova ona həmin məbləği Daxili İşlər Nazirliyində işləyən yüksək vəzifəli şəxsə verəcəyini deyib: “Konkret heç nə demədi, kiminsə adını çəkmədi. Pulu alandan bir neçə gün sonra sağlamlıq kağızı, vərəm dispanserindən arayış və s. bu kimi sənədləri toplamağı tapşırdı. Hamısını topladım. Tez-tez əlaqə saxlayırdıq. Mehparə yaxın günlərdə Əfqanın işinin həll olunacağını deyirdi. Hər dəfə də müxtəlif sənədlər üçün bizdən pul alırdı. Amma Əfqanın işi düzəlmirdi.

Mehparəyə zəng vurub dedim ki, atam narahatdır, xalamqızı borcunu istəyir. O, isə cavabında Əfqanın yaxın günlərdə əmrinin veriləcəyini bildirdi”.

B.Abbasova ifadəsində bildirib ki, M.Kazımovaya verdikləri pulu geri ala bilməyəcəklərini görüncə polisə müraciət etmək məcburiyyətində qalıblar: “Atam özü zəng vurub Mehparə ilə danışdı. Bu dəfə atama Əfqanın işinin alınmadığını, tez bir zamanda bizdən aldığı pulları geri qaytaracağını dedi. Mehparəyə verdiyimiz pulların hamısını xalamqızı Rəsmiyyədən borc almışdıq. Ötən ilin yanvar ayında Mehparə ilə telefon əlaqəsi saxlayan zaman evini satlığa çıxardığını, yaxın günlərdə pulumuzu qaytaracağını bildirdi. Amma sonradan onun yaşadığı evin özünəməxsus olmadığını öyrəndik. Ötən il Mehparənin barəsində Pirallahı Rayon Polis Şöbəsində araşdırma aparıldığını eşitdik. Bizdən xahiş etdi ki, polisə şikayət etməyək, tez bir zamanda hamının pulunu qaytaracaq”.

Amma bu dəfə də vədinə əməl etməyib. Nəticədə... Sonunu artıq bilirsiniz.

Əvvəllər dələduzluğa görə iki dəfə məhkəmə tərəfindən cərimə olunan M.Kazımova bu dəfə 7 il müddətində azadlıqdan məhrum edilib...

 

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024