Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (27-02-2017, 14:31)
Akif Çovdarov məhkəmədə zərərçəkmişləri təhqir etdi: "Bunlar leş yeyən quşlar kimidir”

Çovdar

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Mediatv.az:   Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarovun vəkilləri vəsatət verərək, "Yeni Yasamal" MTK-nın qeydiyyat jurnalının məhkəməyə təqdim edilməsini istəyiblər. Məhkəmə vəsatəti təmin edib.

 İclasda "Yeni Yasamal" MTK-dan ev almış bir neçə şahid ifadə verib.

 Daha sonra Nadir Feyziyev zərərçəkmiş şəxs qismində dindirilib. O, istintaq zamanı verdiyi ifadəni təkzib edib. Bildirib ki, istintaqa ifadəsində onu MTN-də saxlayan şəxsin Alı Nəbiyev olduğunu deyib. Bugünkü iclasda onunla A. Nəbiyev arasında üzləşmə olub. N. Feyziyev onu saxlayan adamın A. Nəbiyev olmadığını, onu saxlayan, ev və pul tələb şəxsləri xatırlamadığını deyib.

 A. Çovdarovun vəkilləri isə zərərçəkmiş şəxs Cahangir Alışovdan A. Çovdarovla necə əlaqə saxladıqlarını soruşublar. O, telefonla əlaqə saxladıqlarını deyib. Vəkillər onların arasında 2014-cü ilə kimi hər hansı telefon danışığının olmadığını deyiblər.

A. Çovdarov isə onun ifadəsinə münasibət bildirib. O, C. Alışovun yalan danışdığını deyib: "Bunlar goreşən, leş yeyən quşlar kimidir. Gəliblər vəziyyətdən istifadə etməyə. Cahangir Alışovun barəsində korrupsiya ilə bağlı cinayət işi var. Onu buraya qoşublar ki, tutmasınlar".

Proses günün ikinci yarısında davam edəcək. (APA)

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024