Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (20-02-2017, 20:11)
Akif Çovdarovun səhhəti pisləşdi, məhkəmə yarımçıq saxlanıldı

 

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

 

Mediatv.az:   “Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdən sonra A.Çovdarovun vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulov jurnalistlərin suallarını cavablandırmaqdan imtina ediblər.

 

Onlar proseslə bağlı heç bir açıqlama verməyiblər.

Daha sonra təqsirləndirilən A.Əliyevin müdafiəçisi Anar Qasımlı isə jurnalistlərə açıqlamasında bildirib ki, iclasda zərərçəkmiş qismində “Yeni Yasamal“ MTK-nın sədri Cahangir Alışov dindirilib. C.Alışov istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirib.

O, istintaqakı dindirilməsində göstərib ki, A.Çovdarov onu MTN-in inzibati binasına çağırıb, 500 min manat tələb edib. Daha sonra C.Alışov A.Çovdarova 350 min manat verib.

Günün ikinci yarısında davam etdirilən iclasda zərərçəkmiş C.Alışov vəkillərin suallarını cavablandırıblar.

 

A.Çovdarovun vəkili S.Rəsulov jurnalistlərə açıqlamasında qeyd edib ki, daha sonra məhkəmə prosesində zərərçəkmiş C.Alışovun epizodu üzrə bir neçə şahid ifadə verib.

S.Rəsulov bildirib ki, şahidlərin dindirilməsi zamanı müvəkkili A.Çovdarovun səhhəti pisləşib: “Buna görə Akif Çovdarov məhkəmədə iştirak edə bilmədi. İclas yarımçıq dayandırıldı".

Məhkəmənin növbəti prosesi fevralın 22-nə təyin edilib.

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024