Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (28-10-2016, 11:16)
"Lotu Quli" "Qobustan"dan şifrəli ismarış göndərdi - "Kim nə axtarırdısa..."

 "Lotu Quli" "Qobustan"dan şifrəli ismarış göndərdi - "Kim nə axtarırdısa..."
Qobustan həbsxanasında cəza çəkən kriminal aləmin tanınmış nümayəndəsi, “Lotu Quli” ləqəbli Nadir Səlifovun vəkili Təranə Əliyeva bu gün onunla görüşüb.

Mediatv.az xəbər verir ki, bu barədə Lent.az-a vəkilin özü məlumat verib.

Vəkil bildirib ki, Səlifov əvvəlkitək qan təzyiqindən əziyyət çəkir. Amma ümumilikdə səhhəti normaldı.

Dünən mətbuatda gedən yazilara gəldikdə isə, vəkil bununla bağli "Quli"nin fikirlərini öyrənib. O, isə öz növbəsində oğru dünyasına xas tərzdə şifrəli cavab verib: “Kim nə axtarırdısa, onu da tapdı"

Xatırladaq ki, dünən virtualaz.org saytında “Rövşən Lənkəranski”nin İlqar adlı killerinin “Lotu Quli”yə sui-qəsd hazırlamasıyla bağlı material yayımlanıb. İddiaya görə, hadisələr 2009-cu ildə cərəyan edib. Məlumata deyilir ki, “Lotu Quli”nin o vaxt cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsində öldürülməsi planını “Rövşən Lənkəranski”nin klanına daxil olan İlqar adlı şəxs hazırlayıb və o, “Lotu Quli” ilə eyni həbsxanada cəza çəkən Hikmət Muxtarovla hansısa yolla yaxın münasibət qurub. Daha sonra “Lotu Quli”ni həbsxanada öldürmək üçün inanılmış adam tapdığını “Rövşən Lənkəranski”yə çatdırıb. Sonuncu bu təkliflə razılaşıb və məsələnin həllini İlqara həvalə edib. Plan baş tutsaydı, Hikmət Muxtarov bunun müqabilində 500 min dollar alacaqdı. Amma plan baş tutmayıb, çox güman ki, “Lotu Quli”nin həbsxanada ona sui-qəsd hazırlanmasından xəbəri olub və zəhərləmə əməliyyatı alınmayıb.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024