Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (12-03-2016, 13:15)
DİN Sumqayıtda əməliyyat keçirdi

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsiliyyətə cəlb edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

 

Mediatv.az xəbər verir ki, DIN-dən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin satışını həyata keçirən şəxslər zərərsizləşdirilib. Daxil olan əməliyyat məlumatı əsasında Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Xandadaş Mirzəyevdən 10,21 qram heroin götürülüb. Onun evinə baxış zamanı isə əlavə olaraq satmaq niyyəti ilə gizlətdiyi 652 qram heroin aşkar edilib.

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri də uğurla nəticələnib. Belə ki, şəhər sakini, əvvəllər məhkum olunmuş Arif Əhmədovdan 507,12 qram heroin və 3 kiloqram 105 qram marixuana götürülüb.

Saxlanılan şəxslərin üzərlərinə və yaşadıqları mənzillərə baxış zamanı isə əlavə olaraq soyuq silah hesab olunan bıçaq və beşbarmaqlar, narkotik vasitələrin satışını həyata keçirmək üçün istifadə etdikləri elektron tərəzilər və inyeksiyalar da aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılaraq zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024