Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (15-01-2016, 21:19)
Eldar Sabiroğlunun oğlu həbs edildi

Eldar Sabiroğlunun oğlu, sabiq müstəntiq Rüfət Səfərov həbs olundu

 

 

YAP-çı, «91-lər»in üzvü, keçmiş deputat və Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilib
Mediatv.az xəbər verir ki, bir müddət əvvəl prokurorluq orqanlarından xaric edilən Zərdab rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov barəsində cinayət işi başlanılmışdı.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun musavat.com-a verdiyi məlumata görə, ona qarşı cinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə başlanıb.
Qeyd edək ki, R. Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub.
R.Səfərov işdən azad ediləndən dərhal sonra Zərdab rayon Prokurorluğunda icra və əmək intizamının, eləcə də  prokurorluq əməkdaşlarına qarşı tələbkarlığın vəziyyətinin aşağı səviyyədə olması ilə əlaqədar Baş Prokurorluğun müvafiq komissiyası tərəfindən kompleks yoxlamalara başlanıb.
Yoxlamaların nəticəsi olaraq baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Zərdab rayon prokuroru Süleyman Süleymanov rayon prokurorluğunun işinin təşkilində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib. 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024