Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (6-11-2015, 17:44)
Oğul anasını öldürüb həyətində basdırdı

Yevlax rayonunun Aşağı Bucaq kəndində anasını öldürüb, ayaqyolunda basdıran şəxs saxlanılıb.

Mediatv.az xəbər verir ki, Yevlax Rayon Polis Şöbəsindən verilən məlumata görə, sentyabr ayında Mingəçevir sakini, 37 yaşlı Musa Nəsirovun anası Ofeliya Abdullayevanı ailə münaqişəsi zəminində qətlə yetirdiyi üzə çıxıb.

Üç gün əvvəl M.Nəsirovun döydüyü həyat yoldaşı Ülkər Nəsirova iki övladı ilə birlikdə Yevlax Rayon Polis Şöbəsinə ərindən şikayət edib. Qadın şikayət ərizəsində qayınanasının iki ay əvvəl itkin düşdüyünü, onun şəxsiyyət vəsiqəsi ilə pensiya kartının isə M.Nəsirovda olduğunu bildirib.

Polis şikayətlə bağlı araşdırma apararkən məlum olub ki, M.Nəsirov anasını öldürdükdən sonra həyətdəki köhnə tualet quyusunda basdırıb.

APA-nın əldə etdiyi məlumata görə, Ofeliya Abdullayeva birinci əri öldükdən sonra azyaşlı uşaqlarını qoyub başqasına qoşularaq rayondan gedib. İllər sonra ikinci əri də ölən qadın payına düşən mirasını götürərək 2015-ci ilin avqust ayında birinci ərindən olan oğlunun evinə köçüb.

O.Abdullayevanın 10 uşağı var. Onun yoxa çıxması barədə yaxınları polisə heç bir məlumat verməyib. Faktla bağlı araşdırma aparılır.

*   *   *11:37

Yevlax rayonunda dəhşətli qətl hadisəsi baş verib.

“Report”un xəbərinə görə, oğul anasını qətlə yetirərək yaşadığı evin həyətində basdırıb.

Belə ki, rayonun Aşağı Bucaq kənd sakini, 1982-ci il təvəllüdlü Musa Nəsirovun 63 yaşlı anası Ofeliya Abdullayevanı qətlə yetirərək həyətində basdırması barədə polisə məlumat daxil olub.

Meyit həyətdə basdırıldığı yerdən çıxarılıb.

Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024