Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal / Slayd (22-10-2015, 11:23)
Kredit oliqarxları hələ də “Bandotdel”də saxlanılır

Kredit oliqarxları hələ də
“Qalmaqallı Beynəlxalq Bank işi üzrə əsas fiqurantlardan biri, Bankın Dubaydakı nümayəndəsi, “qara polkovnik” Fətulla Hüseynovun oğlu Adil Hüseynovu DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin zirzəmisində baş prokurorun I müavini Rüstəm Usubovun qərarı ilə saxlayıblar.

Vəkil Kamandar Nəsibovun dünən istintaq orqanlarından aldığı arayışın qısa məzmunu belədir.

Mediatv.az-ın məlumatına görə, K.Nəsibov virtualaz.org saytına açıqlamasında deyib ki, müdafiə etdiyi şəxsi ötən həftənin cümə günü Kürdəxanı İstintaq Təcridxanasından “Bandotdel”ə köçürüb və heç bir istintaq hərəkəti aparmadan onu orada bir həftəyə yaxın saxlayıblar.

“Adil Hüseynovu “Bandotdel”in zirzəmisində qanunsuz şəkildə saxlayıblar. Özü də mən bir vəkil kimi bu barədə məlumatlandırılmamışam. Sual yaranır: Hüseynovu nəyə görə əvvəlcə gətirib “Bandotdel”in kamerasına salıblar, bir həftə sonra isə yenidən Kürdəxanı İstintaq Təcridxanasına qaytarıblar?

Mən müdafiə etdiyim şəxslə görüşdüm, amma Adil Hüseynov köçürülmədən əvvəl və sonra baş verənlər barədə heç nə danışmaq istəmədi. Böyük ehtimalla onu divan tutmaqla hədələyiblər. Ona görə də Hüseynov yaxınlarının həyatına görə qorxur, nədənsə ehtiyat edir” - deyə vəkil təxminlərini dilə gətirdi.

Xatırladaq ki, Adil Hüseynov bu il mayın 13-də saxlanılıb. O, Beynəlxalq Bankdan aldığı 318 milyon dollar məbləğində krediti mənimsəməkdə ittiham olunur. A.Hüseynov Beynəlxalq Bank rəhbərliyinin, konkret desək, Emil Mustafayevin tərtib etdiyi borclular siyahısı əsasında saxlanılıb.

A.Hüseynov son illərdə Beynəlxalq Bankın Dubaydakı nümayəndəsi idi. Bankda isə üst-üstə 6,5 milyarda manata yaxın kredit mənimsənilib.

“Bandotdel”dəki mənbələrdən virtualaz.org saytına məlum olub ki, “kredit işi” üzrə daha bir neçə şəxs hazırda bu idarənin zirzəmisində saxlanılır. Onlardan ikisini adı məlumdur. Biri “Azərinşaat” şirkətinin rəhbəri Mühdi Əliyev, digəri isə həmin şirkətin Asif adlı əməkdaşıdır. Onların hər ikisi may ayından bəri “Bandotdel”in zirzəmisində saxlanır. Halbuki hər iki şəxs barələrində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçiləndən sonra Kürdəxanı İstintaq Təcridxanasına köçürülməli idi. Bu iş üzrə ittiham olunan digər şəxslər orada saxlanır. Onu da yada salaq ki, Mehdi Əliyev Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin yaxın ətrafına daxil idi. 

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024