Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal / Slayd (4-10-2015, 15:34)
Tərtərdə dəhşət: Oğul valideynlərini öldürdü

Tərtərdə dəhşətli qətl hadisəsi baş verib.

 

Mediatv.az-ın məlumatına görə, rayonun Cəmilli kəndində 27 yaşlı oğlan valideynlərinin həyatına son qoyub.

Ruhi xəstə olan kənd sakini Qurban Nəsibov atası 64 yaşlı Xanbaba Nəsibovu və anası Nazlı Nəsibovanı qətlə yetirib. 

Yaxınlarının sözlərinə görə, anasını boğan gənc, atasının baş nahiyəsinə dəmir parçasıyla zərbələr endirib.

Hadisəni törətdikdən sonra səhər saatlarında qonşu kəndə, bacısının evinə gedən Qurban yaxınlarına ata- anasının yuxudan oyanmadığını deyib. Qohumları baş verən hadisədən bundan sonra xəbər tutub.

Hadisə yerinə rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları gəlib. Hər iki meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Tərtər rayon şöbəsinə aparılıb.

Cinayəti törətməkdə təqsirli bilinən Qurban Nəsibov artıq saxlanılıb. Faktla bağlı araşdırma aparılır. (Anspress)



шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024