Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (22-10-2014, 09:03)
Ziya Məmmədovun çökən biznesi

 

Bakıda keçirilən “Eurovision” musiqi yarışması ərəfəsində paytaxta gətirilən “London taksisi” xidməti artıq uzun müddətdir ki, böhran dövrünü yaşayır. Bu xidmət rəsmən çökmək üzrədir. 

 

“Mediatv.az” musavat.com-a istinadən xəbər verir ki, bənövşəyi taksilərin sürücüləri də deyir ki, hər kilometrə görə  70 qəpik gediş haqqı alınır, amma sərnişinlər onların xidmətini az-az hallarda seçirlər: “Bizə çox böyük plan qoyurlar. Həmin planı ödəmək çox çətindir. Çünki sərf etmədiyi üçün müştərilər bizi az seçirlər. Məsələn, sərnişin taksiyə əyləşən kimi artıq 1 manat ödəniş haqqı yaranır. Başqa taksi ilə  3 manata gedə biləcəyi yolu ”London taksisi" ilə 4 manata gedir. Bu kimə sərf edər? Buna görə də biz planı ödəyə bilmirik. Əgər taksi xidmətinin inkişafını istəyirlərsə, yenilik etsinlər. Planı azaltsınlar, sürücü evinə çörək apara bilsin. İndi də bu cərimələr bizi boğaza yığıb. Günlük planı 40 manat ediblər. Benzin özümüz alırıq. Gündəlik yemək xərclərimiz də var. Biz nə qədər pul qazanmalıyıq ki, bütün bu xərcləri də ödəyək və evimizə də çörək pulu aparaq. Bir müddət öncə taksi sürücüləri planın artmasına görə aksiya keçirmişdilər. Həmin aksiyadan sonra bir neçə sürücünü işdən çıxardılar. Bundan sonra nəsə edə bilərik ki?".

Taksi xidmətinə daha bir mane isə cərimələrdir.  Əksər “London taksiləri” cərimə meydançasına aparılırlar. Bu maşınlar gömrük rüsumundan keçmədiyinə görə onları saxlayıb cərimə meydançasına aparırlar. Hələ bir müddət əvvəl başlanan bu proses indi də davam edir. Əgər bu avtomobillər gömrük qeydiyyatından keçməyibsə, 2012-ci ildən bəri ölkə ərazisində necə hərəkət edib? Son 5 il ərzində Azərbaycana ümumilikdə 1 850 ədəd yeni taksi gətirilib ki, onlardan 1000-i “London taksisi”dir. Avtomobillərin sifarişçisi qismində “Baki Taxi” MMC şirkəti çıxış edir. “London taksi”siləri ilk dəfə Bakıya gətirilərkən onların 500-ü gömrük rüsumu ödəməyib. Ona görə də, həmin taksilər gömrük işçiləri tərəfindən yığılıb və Dövlət Gömrük Komitəsinin cərimə meydançasında saxlanılır.

Görünən budur ki, artıq Ziya Məmmədovun iqtisadi cəhətdən çökdürülməsi əməliyyatı başlayıb.  Qeyd edək ki, bu, Ziya Məmmədovun biznesinə ilk zərbə deyil. May ayında  baş nazir Artur Rasizadənin qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılıb. Bu qərarla paytaxtda sərnişin daşınmasının təşkili Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilib.

Paytaxtda sərnişin daşınması nəqliyyat naziri Ziya Məmmədova məxsus “Transqeyt” şirkətinin monopoliyasında idi. Nazirlər Kabinetinin sözügedən qərarı ilə sərnişin daşınma xidməti BŞİH-nin nəzarətinə keçdi. Bununla Ziya Məmmədovun daha bir maliyyə qaynağı qapadılıb. Bir qədər öncə Bakı yollarının təmir-bərpası funksiyası da Nəqliyyat Nazirliyindən alınıb Bakı şəhər İcra Hakimiyyətinə verilmişdi. Nazirliyin əsas müəssisəsi olan “Azəryolservis” ASC də faktiki olaraq Z.Məmmədovun təsir dairəsindən çıxarılıb.

 

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024