Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (15-09-2014, 23:43)
Mikayıl Cabbarovdan rayon icra hakimiyyəti başçılarına ciddi zərbə - Təhsil müəssisələrinin asılılıqlarına son qoyulur

 

DİA.AZ: - Təhsil sistemində yeni kardinal islahatlar nəzərdə tutulub. Bu barədə DİA.AZ-a danışan nazirliyin əməkdaşlarından birinin verdiyi xəbərə görə, birbaşa olaraq təhsil naziri Mikayıl Cabbarovun tapşırığı ilə nazirliyin ekspertləri tərəfindən Milli Məclisə və Prezident Administrasiyasına təqdim olunmaları üçün qanun layihəsi hazırlanır.

Mənbə bu günlərdə prezidentin müvafiq qərarı ilə regional təhsil idarələrinin yaradıldığını və qərarın icrasının gələn ilin 1 yanvar tarixindən qüvvəyə mindiyini xatırladaraq dia.az-a bildirib ki, bununla yanaşı, ölkədəki bütün təhsil müəssisələrinin yalnız və yalnız müvafiq olaraq təhsil nazirliyinə və nazirliyin qurumlarına tabe etdirilməsini daha da sərtləşdirən qanunun qəbulu üçün Mikayıl Cabbarov tərəfindən ciddi təşəbbüslər var.

Mənbənin söylədikləri: «Əslində bu gün bir çox idarə və təşkilatlarla yanaşı, təhsil müəssisələri də yerli icra strukturlarının ciddi təzyiqləri altındadır. Və elə bir şərait yaranıb ki, təhsil müəssisələrinin rəhbərləri özlərini daha çox yerli icra strukturları yanında cavabdeh kimi hiss edirlər. Bunun isə bir çox problemlərə yol çadığı şübhəsizdir. Yeni qanun layihəsi dəstəklənərsə, o zaman regional təhsil idarələri icra strukturlarının təzyiqinin azaldılması yolunda ciddi işlər görə biləcək. Hər halda, heç bir rayon icra hakimiyyəti ilə bağı olmayan regional təhsil idarəsinə hansısa icra başçısının və yaxud da hansısa rayonun avtoritet məmurunun təzyiq göstərməsi faktı zəifləmiş olacaq».

Onu da xatırladaq ki, Mikayıl Cabbarovun bu təşəbbüsü birmənalı olaraq yozulmur. Məsələn, məlumdur ki, təhsil naziri Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevlə konfliktdədir və hətta vəziyyət o həddə çatdı ki, tərəflər bir-birilərinə qarşı kampaniyaya da baş vurdular. İndi isə görünəni odur ki, Mikayıl Cabbarov tabeçilik zonalarını rayonların kiçik padşahlarının təsir dairəsindən çıxarmağa hazırlaşır.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024