Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (15-12-2017, 10:32)
Şəhid qızını öldürən biznesmen oğlu həbsdən buraxıldı

 

 

 

 

Bakı Apelyasiya Məhkəməsindən təzadlı qərar

Şəhid Elton Əkbərovun qızı, 1975-ci il təvəllüdlü Könül Əkbərovanı “JEEP” markalı, ağ rəngli, Az 90 FO 007 nömrə nişanlı avtomobillə vurub öldürən 17 yaşlı Rəhim Rəhimov ev dustaqlığına buraxılıb. Onun həbs olunması haqda Səbayel Rayon Məhkəməsinin çıxardığı qərarı Bakı Apelyasiya Məhkəməsi dəyişib. Bu haqda politika.az saytı məlumat yayıb. Sayt yazır ki, iş adamı, deputatlığa keçmiş namizəd Akif Rəhimovun oğlu haqda həbs qərarı ev dustaqlığı ilə əvəzlənib. A.Rəhimov övladının azadlığa buraxılması üçün Bakı Apelyasiya Məhkəməsi ilə razılığa gəlib. İddialara görə, sövdələşmə yüksək məbləğdə pul qarşılığında baş tutub.

A.Rəhimov Xırdalanda zavod rəhbəridir və oğlunun həbsdə qalmasına imkan verməyib. Bununla da şəhid qızının qanı batırılır. R.Rəhimlinin atası “Xırdalan-Xəz” Açıq Tipli Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədridir. A.Rəhimov 2015-ci ildə keçirilən parlament seçkiləri zamanı namizədliyini irəli sürüb. Aktiv seçki kampaniyası aparan A.Rəhimov qalib gəlmək şansları olsa da, qəfil namizədliyini geri çəkib. Bilinən odur ki, A.Rəhimov “Yeganə Mamed” kimi tanınan, uzun illər “Yeganə” şadlıq sarayını işlədən Mamed Rəhimovun qardaşıdır. M.Rəhimovun yaşadığı problemlər üzündən 2011-ci ildə ölkədən getdiyi də bildirilir.

3 uşaq anası olan K.Əkbərovanı noyabrın 8-də, 19:30-da Bayraq meydanı yaxınlığında “JEEP” markalı, ağ rəngli, Az 90 FO 007 nömrə nişanlı avtomobil vurub. Sürücü qadını köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən uzaqlaşıb. 3 uşaq anası olan qadın hadisə yerində keçinib. K.Əkbərovanın anası Bəsti Qədimovanın mətbuata israrlı müraciətlərindən sonra Rəhim Rəhimov saxlanılıb. 17 yaşlı yeniyetmənin törətdiyi ağır qəzadan sonra hadisə yerindən qaçmışdı, sonrakı günlərdə də onun yerini müəyyən etmək mümkün olmurdu. Şəhidin həyat yoldaşı Bəsti Qədimova “Yeni Müsavat”a demişdi ki, qızını vuran sürücünün idarə etdiyi maşın da daxil olmaqla, 3-4 maşın Salyan şosesində yerləşən “Manqal” restoranına gedirmişlər: “Bunlar dövlətlilərin uşaqları olub, ad gününə, yeyib-içməyə gedirmişlər. Qəzanı törədib və maşını orada qoyaraq qaçıb. Qızıma yardım etməyiblər, xəstəxanaya aparmayıblar”.

B.Qədimovanın mətbuata açıqlamalarından sonra nəhayət ki, R.Rəhimov tutuldu. Həmin vaxt ölümlə nəticələnən qəzadan artıq 20 gün ötmüşdü.

Bəs indi Bakı Apelyasiya Məhkəməsinin hakimi hadisə yerində qaçan sürücünü hansı əsasla azad edib? Prokurorluq niyə protest verməyib?

Bu sualların cavabı açıq olaraq qalır.

Bir maraqlı məsələ isə məhkəmələrin avtoqəzalara, həm də ölümlə nəticələnən ağır avtoqəzaları törədənlərə fərqli münasibəti müşahidə olunur.

Bir neçə ay öncə general Novruzəli Orucovun oğlu Rüstəm Orucov yolda “avtoşluq” edən “Xalıq Faiqoğlu” şirkətinə məxsus avtobusun sürücüsünü saxlayaraq sillələmişdi. Sonra da sürücüsən üzr istəyib ona döyülməkdən dolayı vurulan ziyanı da ödəmişdi. Bu məsələyə görə Rüstəm Orucov həbsə alındı, atası Novruzəli Orucovu isə Səfərbərlik Xidmətinin rəis müavini vəzifəsindən azad etdilər.

Sürücü ilə dalaşan general oğlu əlbəttə cəzasız qalmamalı idi. Amma təzad ondan ibarətdir ki, sürücüyə şillə vuran məmur balası tutulduğu halda, şəhid qızını qanunsuz olaraq idarə etdiyi maşınla vuran, oliqarx oğlu olan yeniyetmə azadlığa buraxılır...

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024