Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (6-12-2017, 11:59)
Deputat qardaşının rəhbəri olduğu kollecdə müəllimlər etiraza qalxdı

 

 

 

 

 

 

 

Bakı humanitar kollecinin bir qrup müəllimi redaksiyamıza müraciət edib.

AZXEBER.COM-a müraciət edən müəllimlər kollecin tədirs işləri üzrə müdiri Əsəd İbrahimovun onlarla kobud davrandığını, qeyri-etik sözlərlə təhqir etdiyini bildiriblər. Müəllimlərin sözlərinə görə, sözügedən şəxs keçirilən bütün iclaslarda kollecdə baş verən yeniliklərin direktor Vaqif Əmiraslanovun və özünün "şəxsi nüfuzu” sayəsində baş verdiyini iddia edir. Şikayətçi müəllimlər məktubun bir nüsxəsini də birinci vitse-prezident Mehriban Əliyevaya da göndəriblər. Məktubda deyilir:

"Əsəd İbrahimov heç bir zərurət və əsaslar olmadan dərs saatlarını kəsərək müəllimlərə maddi ziyan vurmağa çalışır. 2017-2018 tədris ili üçün fərdi dərs jurnallari hələdə müəllimlərə verilməmişdir. Verilən jurnallar 2016-2017-cı illər tədris ili üçün nəzərdə tutulmuşdur və üzərlərində dəyişikliklər edilmişdir. Hansı qanun əsasında bu şəxslər dövlət sənədi olan jurnallar üzərində dəyişikliklər edirlər! Bir çox tələbələr bu şəxsin icazəsi ilə aylığa çıxır və bu şəxs müəllimlərdən həmin tələbələrin qeyri-qanuni şəkildə dərslərdə iştirak etdiyini sinif jurnalında göstərilməsini tələb edir. Dərs saatlarımız Əsəd İbrahimovun sayəsində kəskin surətdə yarıbayarı azaldılmışdır. İki stafka dərs dediyimiz halda bizə bir stafkanın pulu ödənilir.Maliyyə pozuntusuna yol verilir. Belə hal müəllimlərin kütləvi narazılığına və bilavasitə xalq çalğı alətləri şöbəsinin bağlanmasına səbəb olacaqdır”.

 

 

 

 



Qeyd edək ki, məktuba imza atan müəllimlər kollecin rəhbəri direktoru Vaqif Əmiraslanovun birbaşa tapşırığı ilə bütün bu poblemlərin yaradıldığını bildiriblər.

Onu da əlavə edək ki, Vaqif Əmiraslanov millət vəkili Əhliman Əmiraslanovun qardaşıdır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024