Ana səhifə Siyasət Sosial Hadisə İqtisadiyyat Dünya Gündəm Mədəniyyət Maqazin İdman Müsahibə Cəmiyyət Sağlamlıq

Karusel, Slayd (6-12-2017, 11:52)
İlham Əliyev “Bakutel-2017” sərgisində

İlham Əliyev “Bakutel-2017” sərgisində

 

Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi - “Bakutel-2017” ilə tanış olublar.

Mediatv.az Oxu.Az-a istinadən xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziriRamin Quluzadə dövlətimizin başçısına və xanımına sərgi barədə məlumat verib.

Bildirilibki, builki sərgidə dünyanın 20 ölkəsini təmsil edən 192 şirkət iştirak edir. Onların arasında Azərbaycan, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Finlandiya, Fransa, İsveç, Niderland Krallığı, Türkiyə və digər ölkələr var. İştirakçılar arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribüterləri yer alıb. Sərginin 40 faizi “Bakutel”in daimi eksponatlarından ibarətdir. Builki sərginin iştirakçılarının 30 faizi debütantlardır.

Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgidə nümayiş etdirilən pavilyonlarla tanış olublar.

“Bakutel-2017” sərgisi ilə tanışlıq zamanı prezident İlham Əliyev “Euronews” və “Rossiya-24” telekanallarının suallarını cavablandırıb.



Reklam
Xəbər lenti
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
14 12 2017
14 12 2017
14 12 2017
14 12 2017
14 12 2017
14 12 2017
14 12 2017
14 12 2017
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı