Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (6-12-2017, 10:20)
1-ci qurup əlil Mehriban Əliyevaya MÜRACİƏT ETDİ

1-ci qurup əlil Mehriban Əliyevaya MÜRACİƏT ETDİ

Mediatv.az-ın elektron poçtuna Bakı şəhər Qaradağ rayonu Qızıldaş qəsəbəsi sakini 1-ci qrup əlil Şükürova Minarə Həsrət qızı tərəfindən

ŞİKAYƏT  ƏRİZƏSİ daxil olub.Şikayətçi yazır:
Mən üzləşdiyim qanunsuzluğa görə mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya müraciət etmək istəyirəm.Hörmətli Mehriban xanım 1995-ci ildə "Gülbaxt" tikinti materialları kombinatına ekonomist kimi işə qəbul olunmuşam (əmr №21/k 01.07.1995) . 01 mart 1996-cı ildə ( №02/k ) köçürmə yoluyla həmin kombinatda baş mühasib işləməyə başlamışam ( №02/k 01.03.1996). 06 yanvar 2016-cı ildə isə səhətimdə olan problemlərlə əlaqədar öz xahişimlə işdən azad olunmuşam (əmr № 03 06.01.2016). ) 2001- ilə kimi məzuniyyətlərimdən istifadə etmişəm. Belə ki,01.07.2003-cü ildə 1996- 1997 , 02.08.2004-cü ildə 1998-1999, 01.08.2016-cı ildə isə 2000-2001-ci illərin məzuniyyətindən istifadə etmişəm. 2001-ci ildən 2016-cı ilə kimi işlədiyim müddətdə məzuniyyətlərimdən istifadə etməmişəm.İşdən çıxdığım vaxtdan yəni 06 yanvar 2016-cı ildən bu günə kimi dəfələrlə istifadə etmədiyim məzuniyyət pulumu tələb etsəmdə kombinatın rəhbərliyi tərəfindən məni hər dəfə bir bəhanə ilə yola salırdılar.Sonuncu dəfədə kombinatda olanda rəhbərlik mənə bildirdi ki, işlədiyin müddətdə vaxtında məzuniyyətə çıxardın. Bizim indi sənə veriləsi pulumuz yoxdur. Qeyd edim ki, işlədiyim illərdə məzuniyyətə çıxmaq istəyəndə kombinatın rəhbərliyi məni əvəz edənin olmamasını əsas gətirərək mənə məzuniyyətdən istifadə etməyimə icazə verməyiblər. Mən mühasib işlədiyim üçün hansı illərdə məzuniyyətdən istifadə etməmişəmsə dəqiqliklə bilirəm.
Hörmətli Mehriban xanım ,İkinci qrup əlil oğlumun 3 nəfərdən ibarət olan ailəsidə mənim himayəmdədir.Özümdə birinci qrup əliləm.Daima müalicəyə ehtiyacım var. Sizdən xahiş edirəm yuxarıda göstərdiklərimi nəzərə alasınız "Gülbaxt" tikinti materilalları kombinatında işlədiyim müddətdə istifadə etmədiyim illərin məzuniyyət pulunun alınmasında mənə köməklik edəsiniz.Siz həmişə əlillərə və qadınlara xüsusi diqqət və qayğı göstərmisiniz.Mən Sizə səmimi qəlbdən inanıram.              

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024