Ana səhifə Siyasət Sosial Hadisə İqtisadiyyat Dünya Gündəm Mədəniyyət Maqazin İdman Müsahibə Cəmiyyət Sağlamlıq

Karusel (4-12-2017, 11:07)
 Telekanal zəbt edildi

 Telekanal zəbt edildi

 

Ukraynanın paytaxtı Kiyevdə bir qrup aktivist “NyusVan” telekanalının yerləşdiyi binanı zəbt edib.

Mediatv.az Axar.az-a istinadən xəbər verir ki, fəallar binada olan bütün giriş-çıxışları bağlayıblar. Buna səbəb kimi telekanalın onlara uyğun olmayan, yanlış informasiya siyasəti aparması göstərilib.

Aktivistlər həmçinin Ali Radanın deputatı Yevgeni Murayev haqqında işlətdiyi ifadələrə görə “NyusVan” telekanalının rəhbərliyindən üzr istəməyi tələb ediblər.

Blokada şəraitində olan “NyusVan” hazırda gündəlik efir proqramını dayandırıb və bina ətrafında baş verən hadisələri yayımlayır.

Qeyd edək ki, Mixail Saakaşvili də məsələyə münasibət bildirib və tezliklə yardıma gələcəyini əlavə edib:

“Kiyevin mərkəzində Maydan hərəkatından bu yana ən böyük mitinq keçirildi. Bütün telekanallar bu mitinqi yayımlamaqdan imtina etdi. Yalnız “NyusVan” telekanalı mitinqi birbaşa canlı efirdə yayımladı. İndi hansısa başıpozuq dəstə telekanalın yerləşdiyi binaya gələrək, oradakı rəhbərliyi cəzanlandırmaq fikrinə düşüb”.

Qeyd edək ki, daha sonra sözügedən telekanalın efirində Saakaşvilinin telekanalı zəbt etmiş aktivistlərlə danışıqlar aparması görüntüləri yayılıb.



Reklam
Xəbər lenti
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
15 12 2017
14 12 2017
14 12 2017
14 12 2017
14 12 2017
14 12 2017
14 12 2017
14 12 2017
14 12 2017
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı