Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (17-11-2017, 17:39)
BSU-da Konstitusiya Günü və Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib

BSU-da Konstitusiya Günü və Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib

Noyabrın 17-də Bakı Slavyan Universitetində (BSU) 12 noyabr - Konstitusiya Günü və 17 noyabr -  Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov hər iki tarixi günün əhəmiyyətindən danışıb.1988-ci il noyabrın 17-dən başlanan meydan hərəkatının Azərbaycan xalqının azadlıq ruhunu oyatdığını deyən R.Novruzov bildirib ki, xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa olunmasında mühüm rol oynamışdır.  Əlamətdar gün münasibəti ilə hər kəsi təbrik edən prorektor dirçəliş hərəkatının öyrənilməsinin, onun bu günkü və gələcək nəslə çatdırılmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sonra Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov “17 noyabr – Milli Dirçəliş Günüdür” adlı geniş məruzə ilə çıxış edib. H.Məmmədov  məruzəsi zamanı deyib: “Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycan müstəqil inkişaf yoluna qədəm qoymuşdur. Hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən Ümummilli Lider sovet ideologiyasının sərt qadağalarına baxmayaraq milli -mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu ziyalılar ordusu yetişdi”.

Azərbaycan tarixi və ictimai elmlər kafedrasının dosenti Ərzuman Əmirov “Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətçiliyimizin inkişafının əsasıdır” adlı mövzu ilə çıxış edib. Ə.Əmirov qeyd edib ki,  Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxıb. Bunun üçün Prezident Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılıb, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb. 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın Konstitusiyası qəbul olunub. 

Ərzuman Əmirov  Konstitusiyada mövcud olan insan hüquqları, habelə Azərbaycanın hüquq sistemində konstitusiya dəyərlərinin rolundan da danışıb.

Tədbirdə beynəlxalq münasibətlər və regionşünaslıq faklütəsinin III kurs tələbələri Günel Mürşüdova və Solmaz Seyidova çıxış edərək Konstitusiya Günü və Milli Dirçəliş Günü ilə bağlı slayd təqdim ediblər.

Sonda çıxış edən tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova zaman-zaman azadlıq və müstəqillik arzusu ilə yaşayan xalqımızın ötən əsrin 80-ci illərinin sonlarında Bakının Azadlıq meydanında fasiləsiz etiraz mitinqlərinə başlamasından söz açıb. Sonra azadlıq uğrunda aparılan mübarizə nəticəsində şəhid olmuş soydaşlarımızın xatirəsi yad edilib. Prorektor gəncləri tariximizin şanlı səhifələrini dərindən öyrənməyə, vətənimizin rifahı yolunda üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çağırıb

BSU-da Konstitusiya Günü və Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib
BSU-da Konstitusiya Günü və Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024