Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (17-11-2017, 08:37)
Bakıda avtoxuliqanlıq edən məmur oğlu polisə tabe olmayaraq qaçdı – VİDEO

Bakıda avtoxuliqanlıq edən məmur oğlu polisə tabe olmayaraq qaçdı – VİDEO

 

Bakıda sərxoş sürücü tərəfindən növbəti avtoxuliqanlıq və polisə tabe olmama hadisəsi qeydə alınıb.

Mediatv.az Report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində baş verib.

“10-LJ-600” dövlət qeydiyyat nişanlı, "BMW" markalı avtomobilin sürücüsü Heydər Əliyev prospektində yüksək sürətlə hərəkət edərək manevr qaydalarını pozduğuna görə, ona Yol Patrul Xidmətinin (YPX) "99-YP-481" dövlət qeydiyyat nişanlı xidməti avtomobilində olan polis əməkdaşları tərəfindən "saxla!" əmri verilib. Lakin sürücü əmrə tabe olmayıb. Polisin təqibindən sonra avtomobili saxlayaraq polis əməkdaşlarına müxtəlif bəhanələr gətirən sürücü onlara heç bir sənəd təqdim etməyib.

Müfəttiş sürücüdən kəskin spirt qoxusu gəldiyinə görə, onu Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edib. Bu zaman sürücü heç bir söz demədən avtomobillə ərazidən uzaqlaşıb. Yenidən YPX əməkdaşları tərəfindən təqib olunan sürücü buna məhəl qoymayaraq avtomobili ilə Nizami rayonunun Çobanzadə küçəsində yerləşən restoranlardan birinin həyətinə daxil olub və nəqliyyat vasitəsini orada saxlayaraq restoranda gizlənib.

Sürücünün avtomobili evakuatorun götürə bilməməsi üçün divara və digər avtomobilə mümkün qədər yaxın vəziyyətdə saxlamasına baxmayaraq, avtomobil çətinliklə də olsa, ərazidən götürülərək cərimə meydançasına aparılıb.

YPX əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalar nəticəsində avtomobilin 1984-cü il təvəllüdlü Adıgözəlov Elvin Nüsrət oğluna məxsus olduğu müəyyən edilib. Sürücü haqqında araşdırmalara başlanılıb.

E.Adıgözəlovun Dövlət Gömrük Komitəsində vəzifə sahibi olan Nüsrət Adıgözəlovun oğlu olduğu bildirilir.

Mediatv.az "BMW" markalı avtomobilin YPX avtomobilləri tərəfindən təqib olunduğu kadrları sizə təqdim edir.


 0
шаблоны для dle 11.2

Xəbər lenti
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024
17 03 2024