Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (14-11-2017, 09:14)
Bakıya sığınan sahibkar dövlət rəhbərliyindən kömək istəyir

“Ramiz Yediyarov 2013-cü ildə obyektimin qarşısını kərpiclə hördürdü. Şikayət etdim, özünə də xəbər göndərdim ki, bu mənim işimə ziyan edir. Qışın günü gətirib hördürdüyü daş hasarın önünə ağaclar əkdirdi. 6 ildir ki, normal fəaliyyət göstərməyimizə mane olur. Gədəbəy dağlıq rayondur, düşmənlə üz-üzəyik. Rayonu tərk edib heç hara getmək fikrimiz olmayıb. Başımızı aşağı salıb işimizi görürük, başçı imkan vermir” - rayon sakini Fəxrəddin Fərəməz oğlu Bağırov belə deyir.

Başçıdan sahibkara qarşı “troya atı” gedişi və fiaskosu

Onun sözlərinə görə, Ramiz Yediyarov başçı təyin olunandan sonra ona da xəbər göndərib: “Gəlib köməklik istədilər, dedik ki, imkanımız çatandan etməyə hazırıq. Amma bizdən gücümüzdən 10 dəfə artıq kömək istədilər, edə bilmədik. Bundan sonra illərdir ki, bizim işimizə ən müxtəlif maneələr törədilir. Ramiz Yediyarov 2013-cü ildə gətirib obyektimin qarşısına çəkdirdiyi kərpic hasarın üstünə cənab prezidentin sözləri yazılmış plakat yapışdırdı. Bunu həmin vaxt etdi ki, mən həmin hasarın sökülməsi ilə bağlı müxtəlif qurumlara, ölkə rəhbərliyinə şikayətlər edirdim. Dedim ki, prezidentin sözləri yazılan plakatla işimə ziyan vurduğunu düşünürsə, mən bunu ziyan bilmirəm. Günlərin birində isə həmin plakatı gecə yarısı kommunal xidmət əməkdaşları oğurlatdırdı. Bunu ona görə etdirmişdi ki, sonradan desinlər ki, guya plakatı mən sökdürmüşəm və mənim həbsim üçün əsas yaransın. Plakat oğurluğunun videosu obyektin nəzarət kameralarına düşmüşdü və həmin videonu da əlavə etməklə müvafiq qurumlara şikayət etdim. Bundan sonra Ramiz Yediyarov xəbər göndərdi ki, mənimlə işi olmayacaq, barış təklif etdi. Razılaşdıq. Amma hasarı yenə də sökmədi.

“Şikayətimə cavab yazdı ki...”

2017-ci ildə mənim obyektimin qarşısına çəkilən hasarın sökülməsi ilə bağlı şikayətimə cavab yazır ki, hasarı guya özüm çəkdirmişəm. Ətrafından da dedilər ki, sökə bilər. Mən də sökdürdüm. Gədəbəydəki bütün dövlət idarələrini üstümə qaldırdı. Obyektimə basqın təşkil etdirdi. Ölkə rəhbərliyinin bu işdən xəbər tutmaması üçün məni təcrid etməyi planlaşdırırdılar və hansısa bəhanə edib müvəqqəti həbs edəcəklər. Ona görə də basqından əvvəl və basqın vaxtı obyektimə yaxınlaşmadım. Axşam düşdükdə isə rayonu tərk edib əvvəl Gəncəyə, sonra isə Bakıya gəldim".

“Başçı mənim sahibkarlıq fəaliyyətimi reketcəsinə...”

Sahibkar deyir ki, rayon icra hakimiyyəti tərəfindən özünə qarşı törədilmiş cinayətlərlə bağlı ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edib:

“Hörmətli cənab prezidentin ”Sahibkarlıq sahəsində yoxlamaların 2021-ci ilədək dayandırılması" haqda 3 noyabr 2017 -ci il tarixli fərmanının mürəkkəbi qurumayıb. Rayon icra hakimiyyəti başçısının mənim sahibkarlıq fəaliyyətimi reketcəsinə, açıq cinayət əməllərinə yol verməklə dayandırması rayondakı olan-qalan sahibkarları da dəhşətə gətirib. Mənə qarşı qanunsuzluqla bağlı ölkə rəhbərliyinə hər müraciətimdən sonra Ramiz Yediyarovun mənə qarşı yol verdiyi cinayətlər daha da şiddətlənib. Əgər əvvəl obyektimin qapı və pəncərələri hörülmüşdüsə, ilk müraciətdən sonra ağır texnika ilə obyektimin yan divarları uçuruldu, obyektin qarşısından ikinci bir hasar çəkildi, obyektin içərisinə hücum edilərək işçilər uzaqlaşdırıldı və faktiki olaraq obyekt qəsb edildi. Bütün bunlarla bağlı ölkə rəhbərliyinə 2-ci müraciətimdən sonra isə Ramiz Yediyarov ölkə tarixində bənzəri olmayan daha ağır cinayətə yol verdi. Belə ki, obyektimin yeganə yolunun darvazalarını sökərək yerini hasarlatdı. Nəticədə mənə aid olan bütün maşın, texnika, mallar obyektin içində qalmaqla obyektə giriş tamamilə bağlanıb. Əvvəlcədən deyim ki, obyektdə baş verə biləcək yanğın və digər hadisələrlə bağlı məsuliyyət bütünlüklə başçının üzərinə düşür".

Sahibkar deyir ki, Gədəbəydə hər kəs Ramiz Yediyarovun ona qarşı cinayətlərinin nə ilə sonuclanacağını böyük maraqla izləyir: “Mənə qarşı hikkəli addımlar faktiki olaraq bütün sahibkarları çaşqın duruma salıb. Bu gün mənim başıma açılan müsibəti Ramiz Yediyarov rayonda istənilən sahibkarın başına gətirə bilər. Çünki bu adam ölkə rəhbərliyinin sahibkarlığın inkişafı ilə bağlı atdığı addımlara zidd hərəkətləri ilə az qala öyünür. Obyektim qızılçıxarma şirkətinin lap yaxınlığındadır, orada işləyən xarici vətəndaşlar bu cür açıq cinayəti görüb ölkəmiz haqda hansı təsəvvürə sahiblənirlər? Bunu Yediyarov düşünürmü? Yol verilən cinayətin rayona sərmayə yatırmaq istəyən nə qədər yerli və xarici investoru fikrindən daşındırdığını bu şəxs anlayırmı? Ölkə rəhbərliyindən xahiş edirəm ki, bir sahibkar olaraq mənə qarşı törədilən açıq-aşkar cinayətin araşdırılmasına göstəriş verilsin. Obyektimin yolu tamamilə bağlanıb, giriş yoxdur, içəridə sement, boya zavodlarına məxsus istifadə müddəti məhdud olan, nisyə alınmış on min manatlarla qiyməti olan mal qalıb. Obyektin işçiləri işlərindən olublar, özüm təhkükəsizliyimizə təminat olmadığına görə rayonu tərk etmişəm”.

“Onun kimə güvəndiyini bilmirəm”

Sahibkar deyir ki, başçının göstərişi ilə ona qarşı törədilən cinayət ölkədə Konstitusiya gününə təsadüf edib: “49 yaşım var. Biri 8 aylıq olmaqla, 2 körpə uşağım var. Mən Yediyarova görə bu yaşımda rayondan köçməliyəm? Ramiz Yediyarovun və onun adamlarının cinayət əməllərinin əks olunduğu çoxlu sayda foto və videoqeydləri də təqdim edirəm. Bu qeydlərdən sonra obyektin işığı kəsilib ki, həmin vaxt əraziyə gələrək cinayətə birbaşa rəhbərlik edən icra başçısı nəzarət videokameralarının obyektivlərinə tuş gəlməsin. Başçı ölkə rəhbərliyinin fərman və sərəncamlarına məhəl qoymur. Onun kimə güvəndiyini bilmirəm. Ümid edirəm ki, müraciətlərim ölkəmizin inkişafı üçün gecə-gündüz çalışan ölkə rəhbərliyinin diqqətindən kənar qalmayacaq”.

Sahibkar obyektinin qanuni sənədlərinin olduğunu və həmin sənədlərin qanuniliyi haqda R.Yediyarovun iddialarının doğru olmadığını da diqqətə çatdırıb. Redaksiyamıza həmin sənədləri də təqdim edib.

P.S Məsələ ilə bağlı Gədəbəy İcra Hakimiyyəti rəsmilərinin və Ramiz Yediyarovun da mövqeyini dərc etməyə hazırıq. \\musavat.com\\

Bakıya sığınan sahibkar dövlət rəhbərliyindən kömək istəyir
Bakıya sığınan sahibkar dövlət rəhbərliyindən kömək istəyir
Bakıya sığınan sahibkar dövlət rəhbərliyindən kömək istəyir

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024