Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (20-10-2017, 14:59)
NASİST QAYDALARLA İDARƏ OLUNAN MƏKTƏB - VİDEO

NASİST QAYDALARLA İDARƏ OLUNAN MƏKTƏB - VİDEO

Qaradağ rayonunun Qobustan qəsəbəsi ev -12, mənzil-8 ünvanda yaşayan vətəndaş Nuriyev Ceyhun Nurəhməd oğlu redaksiyamıza ərizə ilə müraciət edərək, iki övladının - oğlu Nuriyev Cavidin və qızı Nuriyeva Nəzrinin oxuduğu, həyat yoldaşı Nuriyeva Elnarənin işlədiyi Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən 195 saylı tam orta məktəbin direktorundan şikayətlənmişdir.Şikayətçi ərizənin əvvəlində xatırladır ki, 195 saylı tam orta məktəb keçən illər ərzində Qaradağ rayonunda, hətta Bakı şəhər məktəbləri arasında təhsilin səviyyəsinə görə öndə gedənlərdən olmuşdur: "Çox əfsuslar olsun ki, məktəbə direktor təyin olunan Hüseynli Laçının təcrübəsizliyi, səriştəsizliyi, idarəçilik qabiliyyətinin həddindən çox zəif olması nəticəsində təhsilin səviyyəsi, şagirdlərin və müəllim kollektvinin nizam-intizamı acınacaqlı vəziyyətə düşmüşdür. Daha cox acınacaqlı hal odur ki, Hüseynli Laçın vəzifə səlahiyyətlərini aşaraq müəllim və şagirdlərlə kobud rəftar edir, valideynləri isə qəbul etməkdən imtina edir. Bəzi problemi olan valideynlər saatlarla gözləyib məktəbin çıxışında Hüseynli Laçına iradlarını bildirdikdə, onlara öz cibindən pul çıxarıb göstərir ki, hara şikayət edirsiz - edin, mən heç kimdən qorxmuram, Təhsil naziri Mikayıl Cabbarovun adamıyam, sizin mənə gücünüz çatmaz".

Nuriyev yazır ki, Laçın Hüseynli dövlətin mövcudluğunu, qanunlarınmızı unudaraq 5 oktyabr Müəllimlər günü ərəfəsində şagirdlərdən 10-20, hətta 50 manatdan pul yığdırıb götürmüşdür: "Bundan əlavə, məktəbə nəzarətçi (mühafizəçi) təyin etmək üçün adambaşına hər ay 50 qəpik yığdırıb,  summativ qiymətləndirmə kağızları üçün ibtidai siniflərdən 15 manat, "Erson" markalı printer almaq üçün də pul yığdırıb".

Şikayətçi qeyd edir ki, həyat yoldaşı məktəbdə psixoloq vəzifəsində işləyən Nuriyeva Elnarə 15 ildir ki, məktəbin dövlət və ictimai təbirlərinin çox yüksək səviyyədə aparıcısı və təşkilatçısı olmuşdur: "Hüseynli Laçın direktor təyin olunandan sonra həyat yoldaşıma və övladlarıma  qarşı məktəbdə təzyiqlərə başlanmışdır. Direktor "Mənə psixoloq lazım deyil" deyərək psixoloq otağını və sinif rəhbərliyini yoldaşımın əlindən alaraq həmin kabineti "nəyinsə" müqabilində başqa müəllimə pullu məşğələ keçmək üçün vermişdir. Laçın Hüseynli ailə üzvlərimə təzyiq etmək üçün ətrafına topladıqları müəllimlər Vasif Teymurov, Vəfa Hüseynova və idman müəllimləri Əbilov Famil, Əbilov Zaurun dəstəyindən istifadə etmişdir. Belə ki, 10 oktyabr 2017-ci il tarixində idman müəllimi Famil Əbilov oğluma başından elə bir zərbə vurmuşdur ki, oğlum güclü sarsıntı keçirmiş, psixoloji durumu pisləşmiş, başında güclü ağrılar başlamışdır. Direktor hər gün yoldaşımı işdən çıxaracağı ilə hədələyir. Xüsusi qeyd etmək istəyirəm ki,  ikinci dünya müharibəsində Hitler yəhudilərin sinələrinə kağız yapışdırdığı kimi Laçın Hüseynli də şagirdlərə cəza vermək üçün eynən həmin metoddan istifadə edir (Redaksiyaya bu qeyd olunanları əks etdirən bu və digər videogörüntülər təqdim olunmuşdur - red.). Bəzi şagirdlərin adları məktəbdə getsə də, dərsə gəlməyib repetitor yanına gedirlər. Laçın Hüseynli məktəbin idman zalını idmançılara verib, pulu dövlət büdcəsinə vermək əvəzinə özü mənimsəyir. İdman müəllimi Zaur Əbilov hansı qanunla idman dərsini "futbol dərsi" adı ilə keçərək hər şagirddən 10 manat alır. Necə olur ki, idman müəlliminə 32-34 saat dərs verilib, həftənin yalnız iki günü məktəbə gəlir, qalan günləri başqa yerdə işləyir? Riyaziyyat müəllimi Vasif Teymurova xüsusi şərait yaradılır ki, saat 13-14 radələrində məktəbin sinif otağında pullu məşğələ keçir. Direktorun hansı maddi marağı var ki, bir müəllimə 2 sinifə rəhbərlik etməyi tapşırıb?"

Nuriyev əlavə olaraq Laçın Hüseynlinin əvvəl işlədiyi 294 saylı tam orta məktəbdəki saxtakarlıqlarına görə iki dəfə ciddi töhmət aldığı və başqa daha bir neçə məlumatları da vermişdir.

Ərizədə göstərilənləri araşdırmaq üçün Laçın müəllimlə telefon bağlantısı yaradaraq aydınlıq gətirmək istədiyimiz sualları ona verdik. Direktor məktəb mühafizəçisi üçün pul yığıldığını təsdiqlədi, amma bunun könüllülük əsasında təşkil olunduğunu qeyd etdi. Nazirlə hər hansı bağlılığını isə şərh etmək istəmədi, başqa sözlə, nə təsdiq, nə də təkzib etdi. Valideynlərin qəbula düşməkdə çətinlik çəkməsinə gəlincə, belə halın ola biləcəyini də istisna etmədi: "Nəzərə alsaq ki, məktəbdə 1500 şagird, onların da 3000 valideyni var, o halda vaxtın azlığı səbəbindən kimlərinsə qəbuluma düşə bilmədiyindən gileylənməsi mümkündür".

Digər sualları isə cavablandırmaqdan yayındı: "Nə yazıblar, nə yazacaqsınız, düz olsa mən qanun qarşısında cavab verəcəyəm, düz olmasa yazanlar" deyib dəstəyi asdı.

P.S.  İki gün əvvəl KİV-də məlumat yayıldı ki, İmişli rayonunda orta məktəbin psixoloqu döyülüb. Hadisə rayonun Boşçalılar kənd orta məktəbində baş verib. Belə ki, həmin məktəbdə psixoloq işləyən Şəhla Abbasova direktorun əri tərəfindən döyülüb. Yaralı qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

P.S.S. Yəqin edirdik ki, Təhsil Nazirliyi bu yazıya vaxtında reaksiya verməklə daha bir psixoloqu şiddətli təzyiqdən qurtaracaq.

bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Nyus.Az

 

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024