Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (17-10-2017, 15:00)
Heydər Babayevin xanımı haqda SENSASION FAKTLAR

 

 

 

 

Sabiq nazirin adı bir çox qalmaqallarda hallanan xanımı yüz hektarlarla torpaq sahəsini necə əldə edib?

Və yaxud Ramanadakı “gülçülük” adlandırılan ərazinin Aliyə Babayevaya nə kimi aidiyyatı var?
 
2008-ci ildə Azərbaycanın İqtisadi İnkişaf naziri vəzifəsindən azad olunan Heydər Babayevin biznesi haqda ölkə mətbuatında çox yazılıb. Hətta onun biznesinin bir hissəsinin xanımının adına olması da oxucularımıza bəllidir. Məsələn, bu yaxınlarda “Standard Insurance” ASC-nin balansında yaradılan Gürcüstandakı törəmə sığorta şirkətinin satışı zamanı bu fakt bir daha öz təsdiqini tapdı. Xatırladaq ki, «Standard Insurance Georgia» şirkəti 2017-ci il iyulun 12-də Lüksemburqun «Mercury Europe Holdings» kompaniyasına satılıb. Həmin gün yeni səhmdarın Bakıda keçirdiyi yığıncaqda Gürcüstandakı sığorta şirkətinin nizamnaməsinin yeni redaksiyada qəbul edilməsi haqda 3 iyul 2017-ci il tarixli qərar təsdiq edilib. Qərarın altında isə Heydər Babayevin xanımı Aliyə Babayevanın imzası durur.
 
Yeri gəlmişkən, tamamilə gizlin aparılan məlum alqı-satqı işindən az sonra “Standard Insurance Georgia” kompaniyasının erməni millətindən olan şəxsləri işə götürməsi, həmçinin erməni şirkətləri ilə əməkdaşlıq etməsi haqda informasiyalar da qalmaqala səbəb olmuşdu. Bununla bağlı sığorta şirkətinin keçmiş sahibi “Standard Insurance” rəsmi açıqlama verərək ictimaiyyətə bildirdi ki, onlar şirkəti satıblar və “Standard Insurance Georgia”nın artıq Azərbaycana heç bir aidiyyatı yoxdur. Lakin az sonra mətbuat yazdı ki, “Standard Insurance Georgia” bu il avqustun 3-də yeni direktor təyin etməyi qərara alıb və bu qərara məhz şirkətin İdarə Heyətinin sədri Kamran Bağırov imza atıb. Daha sonra aparılan araşdırma nəticəsində isə ortaya çıxdı ki, “Standard Insurance Georgia” şirkətinin satıldığı “Mercury Europe Holdings” kompaniyası da məhz Aliyə Babayevaya məxsusdur…
 
 
«Mercury Europe Holdings» şirkəti 2011-ci il dekabr ayının 20-də Lüksemburqda qeydiyyatdan keçib. Onun yeganə səhmdarı A.Babayevadır. Əldə etdiyimiz sənədlərə əsasən, xanım Babayeva Moskvada doğulub. Tanınmış həkim, Azərbaycanın sosial təminat naziri olmuş Məmməd Qazıyevin qızıdır. Hazırda Bakıda – Nizami küçəsi, 93 ünvanında yaşayır. Yerli sənədlərə görə isə, bu binada həm də Emin Babayev və Aydın Babayev qeydiyyatdadırlar. 35 yaşlı Emin – «AB Standard» QSC-nin dolayı mənfəətçi Heydər Babayevin oğlu, 87 yaşlı Aydın isə atasıdır. Başqa sözlə, Gürcüstandakı sığorta şirkəti bundan sonra Azərbaycan şirkəti sayılmır. Amma onun sahibləri elə eyni ailənin üzvləridir.
 
Mətbuat yazır ki, Mərkəzi Seçki Komissiyasının tərtib etdiyi seçicilər siyahısı hər il yenilənsə də, xanım Babayeva bu siyahıda hələ də qızlıq familiyası ilə - Aliyə Qazıyeva kimi əks olunub. Elə maliyyə hesabatlarında da onun adı bu familiya ilə keçir. Məsələn, «Bank Standard» QSC-nin hesabatında göstərilir ki, A.Qazıyeva Babayevlər ailəsinin üzvüdür və o, holdinqin səhmlərinin 50 faizinə sahib olmaqla, banka nəzarət edir.
 
Bütün bunlar öz yerində. Lakin bu günlərdə Ramanada yaşayan oxucularımız tərəfindən “Hürriyyət”ə daxil olan informasiyaya əsasən, keçmiş iqtisadi inkişaf nazirinin xanımı bir neçə şirkət rəhbəri olmaqla yanaşı, Bakıda da çoxsaylı torpaq sahələrinin sahibidir. Məsələn, oxucumuzun redaksiyamıza göndərdiyi fotoların Aliyə Babayevaya məhxsus ərazidən çəkildiyi bildirilir. Məlumata əsasən, şəkildə gördüyünüz bu torpaq sahəsi Ramanada “gülcülük” deyilən ərazidir. Oxucumuz deyir ki, sabiq nazirin xanımı bu və ətrafda yerləşən digər əraziləri əri vəzifədə olan dönəmdə zəbt edib. Təkcə “gülcülük” kimi tanınan ərazinin 5 hektardan artıq olduğu bildirilir. O cümlədən, Ramanın digər istiqamətlərində də A.Babayevanın adına hektarlarla torpaq sahəsinin olduğu haqda məlumatlar var.
 

Ramana sakinləri deyir ki, keçmiş nazirin arvadının adına olan torpaq sahəsi onları o qədər də maraqlandırmır. Lakin onlar həmin ərazidən axıb gələn çirkli suların həyətlərinə və ətraf yollara axıdılmasından narazıdır. Deyirlər ki, bu məsələyə dəfələrlə etiraz etsələr də, onların şikayətinə baxan yoxdur. Ən maraqlısı isə odur ki, rəsmi qurumlar Heydər Babayevdən daha çox onun biznesmen xanımından ehtiyat edirlər. Nə üçün? Bu və digər suallara növbəti sayımızda daha ətraflı cavab verəcəyik.
 
Hələlik isə onu qeyd edək ki, xanım Babayeva-Qazıyeva müxtəlif profilli şirkətlərlə yanaşı, landşaft planlaşdırılması sahəsində ixtisaslaşmış «Aqralia» MMC-nin təsisçisidir (şirkət 2010-cu ildə «Aqralia-A Ltd» MMC adı ilə yaradılmışdı). Bu şirkətin direktoru Aslan Babayev həm də «Aqralia» MMC-yə rəhbərlik edib. 2003-cü ildə yaradılarkən şirkətin hüquqi ünvanı Babayevlərin Nizami küçəsindəki mənzili olub. Bu şirkətin son iki ildə ləğv olunduğu bildirilir.
 
Hazırda holdinqə «Standard Lizinq» QSC, «Standard Kapital» MMC, «AJC» MMC (daşınmaz əmlak idarəçiliyi), «AB Skybell» MMC (telekommunikasiya), «Dərnəgül Boru Zavodu» QSC və «Lənkəran Mehmanxana» QSC daxildir.
 
«Standard Lizinq» QSC-nin təsisçisi «Standard Kapital» şirkətidir. Bu ilin iyul ayının 31-də imzalanmış maliyyə hesabatına görə, təxminən 27 milyon manatlıq aktivə sahib lizinq şirkəti 2016-cı ildə 1.3 milyon manat zərərə uğrayıb. Dərnəgüldəki plastik boru zavodunun 2016-cı ilin əvvəlinə ödənilməmiş zərəri 8 milyon manata çatırdı. Lənkəranda «Qala» adı ilə tanınan mehmanxana da holdinqə xeyir gətirmir. «AB Skybell» şirkəti də fəaliyyətini Heydər Babayev iqtisadi inkişaf naziri postunu tərk edəndən bir il sonra dayandırıb…
 
Göründüyü kimi, Babayevlərin şirkətləri və əmlakları saymaqla bitən deyil. Əlbəttə, bütün bunlar sadəcə mətbuata bəlli olanlardır. Bəlli olmayanların daha çox olduğu istisna deyil. Odur ki, növbəti saylarımızda A.Babayevanın nəzarətində olan gizli biznes şəbəkəsi və onun adına olan hektarlarla torpaq sahəsləri haqda geniş açıqlama verəcəyik. Hansı ki, bu ərazilərin böyük əksəriyyətinin qanunsuz yollarla ələ keçirildiyi haqda şübhələr var…
 

 

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024