Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (17-10-2017, 11:40)
Əkbər Hacıyevin “deşik sayğac” hoqqası

 

 

Bir müddət əvvəl rayonlara təbii qazın verilməsi ilə bağlı ard-arda gələn xəbərlər artıq “geri oxunmağa” başlayıb. Sosial şəbəkələrdə və xəbər portallarında çoxsaylı şikayətlər yer alır, amma SOCAR-ın tabeliyində olan “Azəriqaz” İstehsalat Birliyi bütün şikayətləri qulaqardına vurur.
Bir neçə gündür Saatlının mərkəzində bir çox ərazilərə, o cümlədən mərkəzi bazarın arxasında yerləşən əraziyə təbii qazın təchizatı dayandırılıb. Yerli qaz idalərəri isə təsdiqləyirlər ki, təchizat SOCAR-ın göstərişi ilə məhdudlaşdırılıb.
Mənbənin bildirdiyinə görə, hazırkı böhranlı vəziyyət “Azəriqaz”-ın rəisi Əkbər Hacıyevin regiona səfərindən sonra yaranıb. Bir neçə gün əvvəl Əkbər Hacıyev Salyan Regional Qaz İstismarı İdarəsində iclas keçirib, regionda 38 faiz qaz itkisinin olduğunu bildirib. Maraqlıdır ki, Əkbər Hacıyev qaz itkisinin aradan qaldırılması üçün tədbirlər görmək əvəzinə regional idarənin əhatə etdiyi rayonlara qaz təchizatını məhdudlaşdırmaq barədə göstəriş verib.
Yerli əhali “Azəriqaz”-ın qaynar xəttinə müraciət etsə də, cavab verən yoxdur. Rayon qaz istismarı idarəsindən isə şikayətçilərə bildiriblər ki, Əkbər Hacıyev Salyanda iclas keçirib və qaz təchizatını dayandırmaq barədə göstəriş verib.
38 faizlik qaz itkisinin səbəblərinə gəlincə, ötən gün bu barədə “AzToday.az”-a məlumat daxil olmuşdu. Məlumatda bildirilir ki, qaz itkisinin səbəbi uçotdan kənar qaz satışı ilə bağlıdır.
Mənbənin bildirdiyinə görə, müəyyən qrup istehlakçılardan pul alıb sayğaca müdaxilə edirlər, daha doğrusu, sayğacı quraşdırmazdan əvvəl sayğacın hesablayıcı qurğusunu qüsurlu hala salırlar – giriş kanalında qaz axınını qeydə almalı olan detal demək olar ki, sıradan çıxarılır, sonra sayğacı möhürləyib istehlakçı üçün qururlar, əvəzində istehlakçıdan birdəfəlik məbləğ (100, 200 manat) alırlar. El arasında buna “deşik sayğac” deyirlər. Nəticədə istehlakçı real istehlakın üçdə birindən də azının pulunu ödəyir, amma bu xidmətə görə vaxtaşırı qaz idarəsinə “hörmət etməyə” də davam edirlər. Bu üzdən də sayğacı dürüst işləyən ərazilərdə qaz təchizatında fasilələr yaradılır.
“Azəriqaz”-ın rəisi Əkbər Hacıyevin göstərişi əsasında hazırda məhz sayğacları dürüst işləyən ərazilərə qazın verilməsi dayandırılıb, “deşik sayğac”ların quraşdırlıdığı ərazilərə isə qazın təchizatı davam edir. Məhz buna əsasən yerli əhali belə bir qənaətə gəlib ki, əslində “deşik sayğac” layihəsinə Əkbər Hacıyev özü rəhbərlik edir.
//AzToday.az 

шаблоны для dle 11.2

Xəbər lenti
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024
17 03 2024