Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (6-06-2014, 17:27)
Xalq artistinin ev dərdi...

92 yaşlı xalq artisti Ələddin Abbasov Gəncənin icra başçısı Elmar Vəliyev tərəfindən ona verilən evi ala bilmir

 

Azərbaycanın əfsanəvi aktyorlarından olan xalq artisti Ələddin Abbasov 90 illik yubileyində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən ona verilən evi 2 ildir, ala bilmir. 
Bu barədə aznews.az-a açıqlama verən 92 yaşlı sənətkar deyir ki, 2012-ci ildə 90 illik yubiley tədbirinin sonunda Elmar Vəliyev onda “sənə nə şərait yaradım?” deyə soruşub. Xalq artisti isə deyib ki, qızının evində yaşadığından mənzilə ehtiyacı var. İcra Hakimiyyətinin başçısı isə bildirib ki, 2 gün ərzində Gəncənin Gülüstan qəsəbəsində ikiotaqlı mənzillə təmin olunacaq. Mənzilin verilməsiylə bağlı sərəncam Ə.Abbasova təqdim ediləndən sonra məlum olub ki, Gülüstan qəsəbəsindəki köhnə binalardan birinin beşinci mərtəbəsindəki ikiotaqlı uçuq-sökük mənzil başqa adama məxsusdur: 
“Məlum oldu ki, evin sahibi bir şəhid ailəsidir. Halbuki əlimizdə icra başçısının mənzilin verilməsiylə bağlı sərəncamı var. Bir dəfə nəvəm Samir Elmar Vəliyevlə görüşmək istəyəndə humanitar məsələlər üzrə müavin Nizami Hacıyev və mədəniyyət və turizm idarəsinin rəisi Sənan müəllim deyiblər ki, narahat olma, özümüz bir həftəyə məsələni həll edəcəyik. Bu söhbət 10 gün bundan əvvəl olub. İki gün əvvəl nəvəm yenidən Sənan müəllimlə görüşüb. O da nəvəmin yanından hüquq şöbəsinin müdirinə zəng vurub. İki ildir bizi dolayan elə həmin hüquq şöbəsidir. Şöbənin rəisi deyib ki, əlimdə yeni ev var, Elmar müəllim desin, iki günə mənzili Ələddin Abbasova verəcəyik”. 
Bundan sonra xalq artisti dəfələrlə Elmar Vəliyevin qəbuluna düşmək istəsə də, cəhdləri alınmayıb: “Neçə dəfə görüşmək istədik, bizi qəbul etmədi. Nəyə görə getdiyimizi bildiklərinə görə qəbula yazmırlar. Bəlkə də heç Elmar Vəliyevin bu məsələlərdən xəbəri yoxdur”. 
Əfsanəvi sənətkar mətbuat vasitəsilə icra başçısı Elmar Vəliyevə və digər aidiyyatı qurumların rəhbərlərinə müraciət edib: “Çox istərdim ki, sizin vasitənizlə Elmar Vəliyev bu məsələdən xəbərdar olsun. Bilirsiniz, mənə nə maraqlıdır? Bunu vermək istəmirdinsə, camaatın içində mənə niyə deyirdin? Mən özüm səndən heç nə istəmədim axı. Soruşdun ki, ürəyin nə istəyir? Mən də dedim ki, qızımın evində yaşayıram. Hazırda icra başçısının sərəncamıyla verilən evə qeydiyyatdayam. Şəxsiyyət vəsiqəmdə həmin ev göstərilib. İstədiyim odur ki, başçı və aidiyyatı qurumların rəhbərləri bu məsələdən xəbərdar olsunlar. Ola bilsin, Elmar Vəliyevin ətrafına çaqqal-çuqqal yığılıb, onu aldadırlar”. 
İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Nizami Hacıyev bildirib ki, sənətkara mənzilin verilməsi sənədləşmə işləriylə bağlı gecikdirilir: “Orda sənədləşmə məsələsi var. Sənədləşmə məsələsi həll olunandan sonra bu ayın ortalarına, uzağı 20-nə kimi məsələ həll ediləcək. Amma dəqiq deyə bilmərəm ki, Gülüstandakı mənzil olacaq, yaxud bir başqa mənzil. Həmin mənzil olmasa da, başqa bir yerdə ikiotaqlı mənzillə təmin ediləcək”.
Qeyd edək ki, “Dəli Kür” filmindəki Cahandar Ağa obrazıyla və onlarla digər rollarıyla kino və teatr sənətinin tarixinə həkk olunan Ələddin Abbasov 1922-c ilin may ayının 5-də Gəncədə anadan olub.
шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024