Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (11-10-2017, 15:01)
Vitse-prezidentdən Azad Rəhimova ağır ittihamlar

Vitse-prezidentdən Azad Rəhimova ağır ittihamlar

 

Azərbaycan Basketbol Federasiyasıyası ciddi problemlərlə üz-üzə qalıb. Keçmiş Dövlət Əmlak Komitəsinin sabiq sədri Nadir Nəsibovun rəhbəri olduğu qurum fəaliyyətini dayandıra bilər.

Bildirilir ki, basketbol millisinin məşq keçə bilməsi üçün şərait yoxdur və idmançılar maaş ala bilmir. Bu da federasiyada ciddi problemlər yaradıb.

Mediatv.az  “Qafqazinfo”-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı ABF-nin vitse-prezidenti Azər Qədirov unikal.org-a danışıb.

O, maddi durumlarının yaxşı olmadığını qeyd edib:

"Federasiya nazirlik deyil, fabrik və ya zavod deyil. Nə maaş? Bizim nə pulumuz var, nə də sponsorlarımız. Zallarımızın hamısını söküblər. Birini söküb yerində asfalt çəkdilər. Son iki zalımız vardı, onu da əlimizdən aldılar. Tofiq Bəhramovdakı zalımızı da bizdən aldılar. Məşq keçməyə zallarımız yoxdur. Zallar məktəblər daxilində var. Orada da basketbol oynamaq əlverişli deyil. Avropa Oyunlarınında basketbol yarışlarını Sərhədçi İdman Olimpiya Mərkəzində keçirdik. Ora da bizim deyil. "Gənclik”də Olimpiya Zalını bizə vermişdilər onu da aldılar”.

Federasiyanın vitse-prezidenti zalların nazirlik tərəfindən əllərindən alındığını da bildirib:

"Kim alıb? Təbii ki, hamı Gənclər Və İdman Nazirliyinə baxır. Onlar edir. Federasiyanın nəyi var? Biz 5-6 nəfər güclə burada işləyirik. Pulları Nadir müəllim verir, gücü çatan qədər...

Nə milli komandamız var, nə də zalımız. Kişilərdən ibarət yığma komandanı bağlamışıq. Son vaxtlar "3x3”ə oynaya bilirdilər. İslam Oyunlarında legionerlərin də köməkliyi ilə 1-ci yer tuta bildik. İndi nə məşq edə bilirik, nə də respublika çempionatı keçirə bilirik.

Qaçırıq Gənclər və İdman Nazirliyinə ki, zal tapın, biz yerli çempionat keçirək. Bizə verməyə pulları, zalları yoxdur. Özümüzün də imkanımız yoxdur ki, zal tikək. Nazirliyə müraciət edəndə bizə deyirlər, "danışmayın, pulumuz yoxdur”.

Kimə deyək? Kimdir bizə baxan? Nazirlik bizə bir qəpik də pul ayırmır. Nə mənim, nə də rəhbərimiz Nadir Nəsibovun zal tikməyə gücü çatmır. İslamiada ərəfəsi Nadir müəllim öz cibindən legionerlərin gəlməsi üçün, məşq etmələri üçün pul ayırdı”.

Qurum rəsmisi zalların hansı səbəblə əllərindən alınmasına belə cavab verib:

"Bunu aidiyyatı qurumdan soruşmaq lazımdır. Elə nazirliyin özündən... Soruşun niyə yığma komanda yoxdur? Bakı birinciliyi niyə keçirilmir? Nazirlik bütün idman növlərinə baxmalıdır”

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024