Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (19-09-2017, 09:37)
Rəcəb Babaşov yenə də narazılıq yaradır... - ETİRAZ

Rəcəb Babaşov yenə də narazılıq yaradır... - ETİRAZ

Bunu yerlərə göndərilən icra başçılarının hər biri belə deyir: “Cənab, Prezident İlham Əliyev bizi bura göndərməmişdən əvvəl 15 dəqiqə qəbul edib və deyib ki, “gedin xalqa qulluq edin, elə edin ki, Sizdən mənə şikatət gəlməsin!” Təəssüflər olsun ki, Prezidentin bu cür tapşırığına baxmayaraq yerlərdə yenə də vətəndaşlar incidilir, bürokratiya və süründürməçiliklərə yol verilir". Bu sözlər göndərilən məqalədə yer alıb.

Məqalədə daha sonra deyilir: "Söhbətin başında isə Qazax Dövlət Sosial-İqtisadi Kollecində guya ixtisasları düz gəlmədiyindən 20 nəfərə yaxın, ən azı da 10 il əmək stajı olan müəllimələrin çölə atılamsı durur. Necə oldu ki, təcrübəli müəllimələr neçə illərdi bu cəmiyyətə yaradı, tələbələrin inkişafında əllərindən gələni əsirgəmədi, yəni bu dövlətə yaradı, indi isə yaramdı? Bu nə deməkdir? Birisi qaçqın, birisi hamilə, birisi çoxuşaqlı , birisi tək ailə başçısı olan, yaşları isə 30-35-ə yaxın olan müəllimələrin səsinə səs verən yoxdur. O

Məsələ isə belə izah edilir. Həmin müəllimələr müxtəlif vaxtlarda Azərbaycan Pedaqoji Universitetinin pedaqogika və psixologiya , riyaziyyat və sairə kim fakültəsini başa vurublar. Dediyimiz kimi 10 il və 15 il pedaqoji stajları var. Onların hamsını özlərinin bildirdiyi kimi kollecin direktoru Elşaq Quluyev öz vaxtında özü işə qəbul edib. Bəzilərini isə şöbə müdiri işləyərkən vasitəçilik edərək işə götüzdürüb. Bu il isə kollecdə baş alıb gedən özbaşınalıqlarla əlaqədar, 1 ay ərzində bir neçə tədris işləri üzrə direktor müavininin dəyişilməsi, ən nəhayət nə qədər yalan, nə qədər düz olmasına baxmayaraq guya nazirin əmri ilə yeni müavin Nicat Göyüşovun gəlişi ilə bağlı həmin müəllimlər ixtisasının düz gəlmədiyi halda işlərindən kənarlaşdırılıb. Bu həm də yeni tədris ilinin başlanğıcı ilə bağlı, yəni sentyabrın 13-də Qazax Gənclər Mərkəzində kollecin müəllim heyəti ilə Qazax RİH-nin başçısı Rəcəb Babaşovun keçirdiyi görüşdə həllini tapmışdır. Əslində isə bu heç də təqdirəlayiq bir iş hesab edilməməlidir. Bunu dövlətin büdcəsində boşluğun yarnması iləı əlaqələndirirlər. Necə yəni, imkansız, neçə illərdi 150 manat ümidi ilə yaşayan, mağazalara, bufetlərə belə borclu olan, hər an körpələrinin nə isə alıb gətirəcəyi ilə gözlərini yollarda qoyan müəllmələri bir bəhanə ilə işlərindən kənarlaşdırmaqla büdcəmiz dolar? 

Hər vaxt yazılarda da daim özünü qaçqınlara, şəhid ailələrinə, kimsəsizlərə və tənhalara hörmətlə yanaşdığını, onlara tez-tez maddi və mənəvi köməkliklərini əsirgəməyən kimi göstərən Qazax RİH-nin başçısı Rəcəb Babaşov indi nə düşünür? İşdən dərəbəyliklə uzalaşdırılan həmin müəllimələr Prezidentin yerdə nümayəndəsi Rəcəb Babaşovun sakinləri deyilmi? Onların ədalətsizliklə işlərindın uzaqlaşdırılmasından bəlkə də Babaşov xəbərsizdi? Bəlkə də Babaşovun ətrafına yığdığı kadrlar ona qarşı da təxribat törətmək fikrindədirlər?

Verilən məlumata görə Babaşov ali məktəbləri “Qırmızı diplom”la qurtaranlara daha çox üstünlük verir, hətta icra aparatına da irəli çəkir. Lakin sirr deyil ki, bu gün Azərbaycanda “Qırmızı diplom”la universitetləri başa vuranlar, heç də bəyənmədiyimiz possovet məkanında yaxşı qiymətlərlə ali məktəbi başa vuranlardan müsbət deyillər. Belə tendensiya hər işlərimizi korlaya bilər. Əsas məsələ kadrların təcrübəsi və dünyagörüşüdür".

Qazax Dövlət Sosial-İqtisadi Kollecində müəllimlərin ədalətsiz olaraq kənarlaşdırılması haqqında şikayət edən şəxs dia.az-a yolladığı məqaləsində onu da bildirir ki, Qazax RİH-nin başçısı Rəcəb Babaşov gələndən icra aparatını hələ də formalaşdırmayıb: "Gündə biri dəyişilr. Əksəriyyəti də başçının özünün işə qəbul elədikləridir. İşçilərin icraya işə götürülməsi və çıxarılamsında da ciddi qanun pozuntuları var. Görünür, kadrların yerləşdirilməsində Rəcəb Babaşov kimlərəsə inanır. İnandığı adamım inamsıslığını biləndə heç olmasa onun özünü belə işindən uzaqlaşdırmır. Bax elə bəla da budur.

Qazax Dövlət Sosial-İqtisadi Kollecindən hələ ki kənarlaşdırılan müəllimələr kollecin direktoru Elşad Quluyevun də qəbulunda olublar. Elşad Quliyev isə bildirib ki, “ hara istəyirsiniz gedin, bunu icra başçısı edib. Onun tapşırığıdır. “ sözləri ilə onları başından kənarlaşdırıb. Onlar isə öz haqlarını tələb etməklə “sandığı açıb, pambılğı tökmək” qəraına gəliblər. Əvvəla ELşad Quluyevdən onları işə qəbul edərkən aldığı külli miqdarda vəsaiti geri tələb edəcəklərini, kollecdə yol verdiyi korrupsiya və rüşvətxorluqla yığdığı əmlakı, işlədiyi müddətdə “döşürdüyü” milyonlarla vəsaiti yuxarı orqanlara bildirəcəklərini dilə gətirmişlər. Onlar düşünürlər ki, necə olur ki, bilik və bacarığından çox dövlətdən mənimsəməyin əla ustası olan Elşad Quluyev direktor işləməklə milyonları həzm edə bilir, biz isə ayda halal aldığımız 150 manat pulu gözləri yollarda qaln balalarımıza apara bilmirik? Yaxşı olardı ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi də öz münasibətini bildirsin. Çünki kollecin direktoru bu işdə birbaşa nazirıiyi də günahlandırır

Qarşı tərəfin fikrini də dinləməyə hazırıq. 

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024