Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (11-09-2017, 19:00)
Şeyxin qardaşı nəzir qutularının yığışdırılması təklifinə qarşı çıxdı

Şeyxin qardaşı nəzir qutularının yığışdırılması təklifinə qarşı çıxdı

 

Ötən həftə modern.az saytının nəzir qutuları ilə bağlı gündəmə gətirdiyi məsələyə ən kəskin reaksiyanı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa bildirmişdi.

Mediatv.az Oxu.Az-a istinadən xəbər verir ki, o bunları demişdi.

“Düşünürəm ki, nəzir qutularını tamamilə yığışdırmaq lazımdır. Nəzir qutuları hər hansı bir şəkildə məscidə yardım qutuları ola bilər. Amma kiməsə vəsait ödənilməsi anlayışı doğru deyil. Ümumiyyətlə, dində “nəzir qutusu” anlayışı yoxdur. Əgər bunu dinlə əsaslandırırlarsa, dinlə ciddi əlaqəsi yoxdur. Bu məsələdə insanlar bilməlidirlər ki, dinlə əlaqəsi olmayan hər hansı atributların yaşanması mümkün deyil”.
 
Fazil Mustafanın nəzir qutularının yığışdırılması fikirləri ilə  Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Cavanşir Paşazadə razılaşmayıb. Cavanşir Paşazadə vurğulayıb ki, hər br insanın inancı var.

"Nəzir qutularının yığışdırılması barədə heç vaxt fikirləşməmişəm. Amma qarşı tərəfin fikirlərinə cavab olaraq deyə bilərəm ki, ikinci bir yer olmalıdır ki, insanlar inanclarını yerinə yetirsinlər.  Əgər kimlərsə nəzir qutularının yığışdırılmasını məsləhət görürsə, o zaman həmin nəzir qutularını dövlət təşkilatlarına versinlər. Bunu dövlət strukturları xalqla öz aralarnda necə həll edəcəksə, elə də etsin. Bu zaman dövlət özü gələn gəlirləri hesablasın, hesabat versin.

Cavanşir Paşazadənin sözlərinə görə, nəzir qutularından danışarkən digər vacib məsələləri gündəmə gətirmirik.

“Yol kənarlarında quraşdırılan nəzir qutularından danışırıq. Bəs o zaman küçədəki dilənçilərdən niyə danışmırıq? Svetaforun yanmasını görən kimi insnlardan pul dilənirlər. Təbii ki, bu dilənçilər özbaşına deyil. Bunlara şərait yaradanlar var. Bəs bunları niyə dilə gətirmirik?!  Ancaq pirlərdəki nəzir qutularından danışırıq. Pirlərin sayı  yüzdürsə, dilənçilərin sayı mindir. Düşüncəmə görə, pirlərdə quraşdırılan nəzir qutuları ilə bağlı fikirlər radikal fikirlərdir. Pirlərin ərazisi hansısa icra hakimiyyətinin nəzarətindədir. Bunun üçün həmin nəzir qutularından yığılan  vəsaitlərin hara xərcləndiyini öyrənsinlər. Ümumiyyətlə, nəzir qutuları ilə bağlı narazılıqlar Sovet dövründə də olub, indi də var”. 

Deputat yalançı mollardan da söz açıb.

“Bəzi pirlərdə acınacaqlı durum hökm sürür. Bir də görürsüz ki, bir saqqallı peyda oldu. Başına da atasının papağını qoyur və deyirlər ki, “filankəs molladır”.  Axı bu hardan molla oldu?!  Ona görə də söhbət təkcə nəzir qutularının yığışdırılmasından getməməlidir. Ən əsası pirlərdən dilənçiləri yığışdırmaq lazımdır. Dünyanın hansı bucağına gedirsən get, qarşına kassalar çıxır. Yahudi də, xristian da ürəyindən keçən məbləği qutuya atır. Bu zaman bizdə də dövlət bu işə nəzarət etsin. Bütün satış yerlərində kassalar quraşdırılsın və nizamlasın. Ona görə də bunları dinin üzərinə atmaq lazım deyil”. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024