Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (18-08-2017, 16:55)
“İcra başçısı Gülağa İslamov Eldar Mahmudova zəng edib ki, “bu səviyyəsizi niyə göndərmisən?”- "MTN İŞİ"

“İcra başçısı Gülağa İslamov Eldar Mahmudova zəng edib ki, “bu səviyyəsizi niyə göndərmisən?”- "MTN İŞİ"

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Mediatv.az  xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Ələkbər Heydərovun epizodu üzrə şahid qismində, keçmiş MTN əməkdaşı Emin Abbasov ifadə verib.

O bildirib ki, pulu intihar etmiş İlqar Əliyev Ələkbər Heydərovdan alıb: “Eldar Mahmudov Nizami Şirinovu icra hakimiyyətinin başçısı Gülağa İslamovun yanına 25 hektar torpağın alınması üçün göndərmişdi”.

Onun sözlərinə görə, Nizami Şirinov da icra hakimiyyətinin başçısı Gülağa İslamovun yanına gedib. Bu zaman Nizami Şirinov onu saxta sənədlərlə bağlı təhdid edib: “Gülağa müəllim də Eldar Mahmudova zəng edib ki, “bu səviyyəsizi niyə göndərmisən?” Ələkbər Heydərovdan 300 min pulu İlqar Əliyev alıb. Bu işdə Elçin Quliyevin xəbəri yoxdur”.

Zərərçəkmiş Ələkbər Heydərov qeyd edib ki, onu oğlunun həbs olunacağı ilə hədələyiblər.

Təqsirləndirilən E.Quliyev şahidi tanımadığını, bu məsələlərdən xəbərsiz olduğunu deyib: “Heç kəsdən pul almamışam, heç kəsə də göstəriş verməmişəm. Mən pul alsaydım siqaret satan şəxsdən almazdım”.

Proses avqustun 22-də davam etdiriləcək.

Qeyd edək ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.

Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024