Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (6-08-2017, 16:43)
Əli Həsənov nəvəsinin törətdiyi qəzadan danışdı

Əli Həsənov nəvəsinin törətdiyi qəzadan danışdı

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu dəfə medianın gündəminə nəvəsinin ölümlə nəticələnən yol qəzası törətməsi faktı ilə gəldi. Sosial şəbəkələrdə və mediada bu qəzaya görə, nəvədən daha çox babaya qarşı ağır ittihamlar irəli sürülür.

Mediatv.az xəbər verir ki, Gununsesi.info Əli Həsənovun özü ilə əlaqə saxlayaraq olay barədə fikirlərini soruşub.

Əli Həsənov faciəyə səbəb olan qəza barəsində danışmaq istəmədiyini deyib: “Mən heç nə danışmaq istəmirəm. Mənim adımın mediada gündəmə gətirilməsinə gəlincə, hüququ ölkədə məsuliyyət fərdidir. Çox istərdim ki, media nümayəndələri də bunu başa düşsün. Başqa deyəcəyim bir şey yoxdur”.

Avqustun 3-də Heydər Əliyev prospektində iki nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən qəzada “Galendevagen” markalı avtomobilin sürücüsü müəyyən olunub.

Məlum olub ki, sükan arxasında Qaçqınkom rəhbəri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olub. DİN həmin gəncin cinayət məsuliyyətinə cəlb olunacağını bəyan edib.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024