Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (5-07-2017, 14:24)
Nazirin qardaşı məhkəmədə ifadə verdi

 

Bakı Ağır Cinayətlər Məhkəməsində Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Şəkər Məmmədova sədrlik edib. Prosesdə zərərçəkmiş şəxs qismində Əlikram Camalov ifadə verib.

Zərərçəkmiş ifadəsində təqsirləndirilən şəxsi iki ilə yaxındır tanıdığını, ona qarşı dələduzluq etdiyini deyib.

O deyib ki, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olub. "2015-ci ildə Samir Nəbiyevin elektrik mağazasından alış-veriş edirdim. O, məni digər müştərilərdən ayırdığını, qiymətlərdə endirim etdiyini deyirdi. Bununla da mənim etibarımı qazandı. Bir dəfə ofisə gələrək, biznesini inkişaf etdirmək istədiyini, heç bir şərikinin olmadığını, banklara borcunun olmadığını söylədi. Yaxşı müştərilərinin olduğunu, yeni mallar almaq üçün pul lazım olduğunu bildirdi.

18 min manat lazım olduğunu, bu pulla hər ay 4 min manat qazanacağını, 2 min manatını da mənə verəcəyini söylədi. İnandım, razılaşdım. Birinci ay dedi ki, işlər yaxşı deyil və 3 min manat qazanıb. Buna görə də mənə 1500 manat verdi. Sonrakı ay da işlərin yaxşı getmədiyini bəhanə edərək 1250 manat verdi".

Zərərçəkmiş ifadəsində sonradan pulun dollarla hesablandığını, oğlu ilə Samir Nəbiyev arasında müqavilə bağlandığı deyib: "Samir pulu verməkdən imtina eləyir, zənglərimə cavab vermirdi, gizlənirdi. Onun mağazasına gedəndə 40-50 min manatlıq mal gördüm. Söz verdi ki, malları satıb pulumu qaytarcaq. Ancaq yenə də zənglərə cavab vermədi. Oğlumla mağazasına gedəndə gördük ki, artıq mağaza bağlanıb və mallar satılıb. Başa düşdüm ki, o məni aldadıb. Mənim pulumla aldığı malları sataraq qazanc əldə edib, digər borclarını bağlayıb”.

Zərərçəkmiş bildirib ki, Samir Əliyevin hazırda ona 8 min dollar borcu var: “Pulu məndən dollarla alıb, dollarla da qaytarmalıdır. Mən Samirə yaxşılıq etmişəm. Gördüm məni aldadır, polisə verdim ki, pulu qaytarsın. İndi iş məhkəmədədir, pulumu tələb edirəm".

Ə. Camalov həmçinin ifadəsində ona dəymiş zərərin ödəniləcəyi təqdirdə şikayətçi olmayacağını göstərib.

Təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifovun suallarını cavablandıran zərərçəkmiş bildirib ki, Samirə kömək məqsədilə pul verib: "Mənim ordan qazanc əldə etmək niyyətim olmayıb. Kömək kimi vermişdim ki, özünü tutsun. Verdiyim pulu vaxtında versəydi, şikayət etməyəcəkdim. Borc alıb, qaytasın".

Təqsirləndirilən şəxs Samir Nəbiyev bildirib ki, zərərçəkmiş şəxslə mağazada tanış olub: "Münasibətimiz yarandı. İnsanlıq edib mənə borc verib. Verdiyi puldan 5000 min bir, 1500 dollar bir qaytarmışam".

Məhkəmə prosesi iyunum 12-də davam edəcək.

Qeyd edək ki, S.Nəbiyev müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. O, Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməyi istəyib. Əvəzində qazancın yarısını nazir qardaşına verəcəyini vəd edib.

Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də 3 min 993 manat pul verib.

S.Nəbiyev isə vəsaiti mənimsəyərək Camalova pulu qaytarmayıb.

S.Nəbiyevə Cinayət Məcəlləsin 178.3.2(dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham verilib.

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024