Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (23-06-2017, 22:39)
Keçmiş icra başçısı görün, kimdən şikayət etdi - İTTİHAM VAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyevaya
Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin sədri cənab Mədət Quliyevə
Ağdam rayon sakini Sarıyev Həsən Qaçay oğlu tərəfindən

Şikayət ərizəsi!

Bildirirəm ki, bu dövlətimizin əsas qollarında müxtəlif yollarla işə düzələn və AXCP-Müsavat cütlüyünə xidmət edən ünsürlər var. Belə şəxslərin Dövlətin güc orqanlarında çalışması bəzi hallarda Əli Kərimlilərin işinə yarayır. Belə şəxslərdən biri hazırda Dövlət Təhlükəsizlik Xidmətində çalışan Bayramov Pərviz Hüseyn oğludur. Məlumat üçün bildirirəm ki, 01.12.1978-ci il təvəllüdlü Bayramov Pərviz Hüseyn oğlu AXCP Ali Məclisi Rəyasət heyətinin üzvü, hazırda həbsdə olan Mənsum Bayramovun qardaşı oğludur. Bildirirk ki, Bayramovlar ailəsi 1990-cı ildən hazırki tarixə qədər Əli Kərimliyə xidmət etmişlər. Əli Kərimli dəfələrlə Ağdamın İmamqulubəyli kəndində Hüseyn Bayramovun evində qonaq olub. Pərviz Bayramovun atası Hüseyn Bayramov hələ 90-cı illərdə Ağdamda kriminal qruplaşmanın rəhbəri “ağdamlı Cəfər”, Cəfər İmaməliyev tərəfindən Ağdam Maarif şöbəsinin müdiri təyin olunmuşdur. Cəfər İmaməliyev isə 1992-1995-ci illərdə Ağdamda silahlı dəstəsi ilə hakimiyyətə tabe olmamış ,Ulu Öndərə qarşı savaşmışdı. Hüseyn Byaramov isə Cəfərin silahlı bandasını maliyyələşdirirdi. 1996-cı ildə xüsusi əməliiat nəticəsində general Mədət Quliyev Cəfəri zərərsizləşdirmişdi. Dövlətə, vətənə xəyanəti ilə tanınan Bayramovların nümayəndəsi Pərviz Bayramov isə kimlərinsə himayəsi ilə DTX-də vəzifəyə təyin olunmuşdur. Xahiş edirik göstərilən faktları araşdırıb Bayramov Pərviz Hüseyn oğlu barəsində tədbir görəsiniz. Məlumat üçün bildirirk ki, Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına ünvanladığımız sorğuya aldığımız cavab bizi sözün əsl mənasında şoka saldı. Belə ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından aldğımız 16.11.15 tarixli 04/1519 saylı rəsmi cavabda qeyd edilir ki, “01.12.1978 təvəllüdlü Bayramov Pərviz Hüseyn oğlu 1995/1996-cı tədris ilində Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulla keçirilmiş test imtahanında iştirak etmiş və heç bir təhsil müəssisəinə qəbul olunmamışdır”. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının cavabında daha sonra o da vurğulanır ki, “Pərviz Hüseyn oğlu Bayramovun ali və ya orta ixtisas müəssəsini bitirməsi haqqında “Tələbə-Məzun” dövlət elektron məlumat sistemində heç bir məlumat mövcud deyil.


Imza: Həsən Sarıyev

Mediatv.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq..

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024