Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (23-06-2017, 12:34)
İcra başçısına olan ümidini itirən 1-ci qrup əlil-İDDİA

Mediatv.az-ın elektron poçtuna Laçın rayonundan olan məcburi köçkin, 1-ci qrup əlil Gündiz Hümbətov tərəfindən  şikayət məktubu daxil olub.Şikayət məktubunu olduğu kimi təqdim edirik: Mən Hümbətov Gündüz Laçın rayonunun Qızılca kənd sakiniyəm. Taxtakörpü köçkün qəsəbəsində məskunlaşmışam. Ağır xəstəyəm. Çəkər, hepatit c, qan təzyiqi, damarlarda tromblaşma xəstəliyim var. Üç dəfə ağır cərrahiyyə əməliyatı olmuşam. 1-ci qrup əliləm. Xəstəliyim hərbi xidmətdə olarkən başlayıb. Dəgələrlə qospitalda yatmışam, hərbi xidmətdən təxris olunmuşam. Atam ağır yataq xəstəsidi. 1 az yaşlı uşağım var. Əmək qabilyətim olmadığı üçün işləyə bilmirəm. Yoldaşım da işsizdir. Mənim şikayətim Laçının İcra başçısı Aqil Nəzərlidəndir. Müalicəm üçün dərmanlarıma xeyli vəsait lazımdır. Maddi imkanım ailəmi dolandırmağa bəs eləmir. Mənə köməy olunsun deyə dəfələrlə prezident aparatında olmuşam. Sağolsun cənab prezident xahişimi nəzərə alıb məni evlə təmin etdi. Prezident aparatından müalicəmə köməklik olsunlar deyə Laçın rayonu İcra hakimiyətinə tapşırıq verdilər. Neçə illər idi Laçın icra hakimiyətində xeyriyyə fondunun hesabından mənim müalicəmə köməklik edirdilər. Lakin Aqil Nəzərli Laçına başçı təyin olunannan xəstəliyim get-gedə pisləşdi. İndi elə vəziyətdəyəm ki həkimlər əməliyat eləməyə də qorxurlar. Bütün bunlara səbəb olan Aqil Nəzərlidi. İl yarımdı dəfələrlə müalicəmə köməklik etməsi üçün müraciyət eləsəmdə mənə köməklik etmədilər. Dərmanlarımı ala bilmədiyim üçün müalicəm yarımçıq qaldı, get-gddə pisləşdi. Aqil Nəzərli vətəndaşlarla danışıq qabiliyəti olmayan bir adamdı. Ona müraciət edən vətəndaşlara biganə yanaşır. Mən bir vətəndaş kimi Aqil Nəzərliyə olan ümidimi itirmişəm. Hərbi xidmətdən yayınan, vətən biorcunu verməmiş fərari bir başçı hərbi xidmət zamanı sağlamlığını itirmiş bir vətəndaşın qeydinə qalacağına inamım yoxdur. Onun başı vəzifəsindən istifadə edib rüşvət almağa, pul yığmağa qarışıb. Mən sizdən xahiş edirəm mənim problemimi işıqlandırın. Bəlkə səsim prezidentə çata. Sağlamlığım Bakıya gəlməyə, Prezident aparatına getməyə imkan vermir.

İcra başçısına  olan ümidini itirən 1-ci qrup əlil-İDDİA
İcra başçısına  olan ümidini itirən 1-ci qrup əlil-İDDİA
İcra başçısına  olan ümidini itirən 1-ci qrup əlil-İDDİA
İcra başçısına  olan ümidini itirən 1-ci qrup əlil-İDDİA
Gündüz Hümbətov
0506822619

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024