Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (20-06-2017, 20:16)
Ziya Məmmədov bütün varidatını satıb ölkədən qaçır? - Şok iddialar



Mediatv.az Ulus.Az-a istinaden xeber verir ki,
 vəzifədən gedişi ona düşməyib. Sabiq nazir bütün əmlaklarını, bahalı villalarını, maşınlarını, hətta vertolyotunu da satışa çıxarıb. 

Onun hər gün mətbuatda gah Ucarda, gah Bakıda olan villalarının, maşınlarının əlindən çıxması haqda xəbərlər tirajlanır. 

Garant holdinqin çöküşündən sonra Z.Məmmədovun aldığı mal-mülkləri də əlindən çıxmağa başlayıb. Artıq xəbər var ki, Bakı yaxınlığındakı dənizkənarı villasını təcili satmaq qərarına gəlib.

Məlumatda qeyd edilir ki, Ziya Məmmədova qarşı mətbuatda hücumların artması, həmçinin hakimiyyətin yuxarı eşalonunda ona və oğlu Anar Məmmədova qarşı kəskin neqativ rəyin formalaşmasını “sonun başlanğıcı” kimi qiymətləndirən keçmiş nazir-oliqarx bahalı mülkiyyətlərini təcili satmağa qərar verib və Bakı yaxınlığındakı dənizkənarı villasını 50 milyon dollara satışa çıxarıb. 

Bundan sonra Moskvadakı oliqarxlardan biri müştəri çıxıb və bu bahalı mülkünə baxış keçirib. Ziya Məmmədov bəzi qohumlarının adına sənədləşdirilmiş xaricdəki bəzi mülk və obyektləri tamam başqa, kənar şəxslərin mülkiyyətinə keçirlməsi üçün göstəriş verib. 

Ulus.Az-ın əldə etdiyi məlumata görə, onun qardaşı İldırım Məmmədovun da villasının satışa çıxarıldığı xəbəri yayılmışdı. 

Ucarda isə keçmiş nazirin obyektləri və villası satışa qoyulub. Belə görünür ki, Məmmədovlar rəsmən çökür ya da ölkədən getməyə hazırlaşırlar. Ona görə də ölkədən getmək üçün bütün mülkləri satıb kapitala çevirirlər. 

Məlum olub ki, eks-nazirin Qaradağ rayonu Sahil qəsəbəsinin yaxınlığında, düz Xəzər dənizinin kənarında yerləşən və özəlliyi ilə fərqlənən villası satışa çıxarılıb.

Qeyd edək ki, tikintisi 2012-ci ildə başlanan , 2013-cü ildə isə yekunlaşan villanın zirzəmisində şəxsi yaxtanın yön alması üçün xüsusi qaraj var. Sabiq nazirin yay fəslində burada dincəldiyi və şəxsi yaxtası ilə dənizə çıxdığı bildirilirdi. 

Oliqarx - nazirin bu villanı ancaq katerlə və şəxsi yaxtası ilə dənizdə istirahət etmək üçün tikdirdiyi bildirilirdi. Ziya Məmmədovun iyun ayından etibarən istirahət üçün tez-tez dəniz kənarındakı bu nəhəng mülkinə gəlirmiş. 

Qış vaxtları isə mühafizəçidən başqa villada heç kim yaşamırdı. Nəhəng villanın tikintisində olduqca bahalı materiallardan istifadə olunub. 

Təkcə villanın fasadının düzəldilməsi üçün yarım milyon dollardan çox vəsait sərf olunduğu bildirilir. 

Ümumilikdə isə villanın dəyəri milyonlarla dollar həcmində ölçülür. Nazir-oliqarxın qonşuları da kasıb adamlar deyil. Məsələn, Ziya Məmmədov Cavid Qurbanovla qonşudur. 


шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024