Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (16-06-2017, 13:22)
Regional idarədən şikayət var

Regional idarədən şikayət var

Ağstafa Reqional mədəniyyət və Turizm idarəsinin bir qrup əməkdaşı Mediatv.az-ın redaksiyasına müraciət edərək, idarə rəisi Ramiz Quliyevin özbaşına əməllərindən gileylənirlər.Şikayətçilər müraciətlərinin Mədəniyyət  və Turizm naziri cənab Əbülfəz Qarayevə çatdırmağı xahiş edirlər.Onların müraciətini olduğu kimi təqdim edirik.                

Hörmətli Əbülfəz Qarayev cənabları!

Biz Ağstafa rayon mədəniyyət işçiləri Sizə üz tuturuq. Çünki çıxılmaz vəziyyətdə qalmışıq. Ağstafa Reqional mədəniyyət və Turizm idarəsinin rəisi Ramiz Quliyev bizim problemlərimizlə maraqalanmaqdan, işlərimizə kömək, təkan vermək, əvəzinə əlimizi işdən soyudub. Hamımız hər gün işdən çıxarılmaq qorxusu ilə yaşayırıq. Çünki Ramiz Quliyevin “kassiri” Gülgün Kərimov bu barədə bizi “marifləndirib”, yəni  əvvəlcədən xəbərdar edib. O,  Ramiz Quliyevlə birgə reqionda çalışan işçilərin adları və vəzifələri qeyd olunan siyahı tərtib edib. Bu siyahıda  işçilərin işdə qalmaları üçün kimin necə manat verəcəyi qeyd olunub. Gülgün Kərimovun sözlərinə görə Ramiz Quliyev “insaflı” adamdı. Belə ki, siyahıda adları olan işçilərə “güzəştlər” də nəzərdə tutulub. Bu da ondan ibarətdir ki,  tutduğu vəzifədən, iş stajından asılı olmayaraq ixtisası üzrə işləyənlər “güzəştlə” 700 manat , digərləri isə  1000 manat pul verməlidirlər. Pul verməkdən imtina edənlərə də “hörmətlə” yanaşırlar. Belə ki, həmin işçilər öz ərizələri ilə səssiz – səmirsiz işdən cıxmalıdırlar. Əks halda onlar müxtəlif bəhanələrlə Ramiz Quliyevin  əmri, Gülgün Kərimovun  əsaslı - əsassız tərtib etdiyi aktla işdən azad olunacaqlar. Gülgün Kərimovun sözlərinə görə bununla da həmin işçilərin çoxillik iş stajının üstündən xətt çəkiləcək. 

Hörmətli Əbülfəz Qarayev cənabları!

Biz Ramiz Quliyevin bu haqsızlığına  ehtiraz edəndə  Gülgün Kərimov bildirir ki, Ramiz Quliyev özbaşına iş görmür, o da nazirlikdən tapşırıq alır.  Belə ki, yığdığı  bu pullarda “yuxarının” da “payı” var. Yuxarı dedikdə biz bilmirik Gülgün Kərimov  kimi nəzərdə tutur. Lakin  biz mədəniyyət işçiləri yaxşı bilirik ki,  Sizin belə işlərdə əliniz yoxdur. Ramiz Quliyev 6 aydır vəzifədə işləyir. Sizi isə biz neçə illərdir tanıyırıq.  Siz Cənab Nazir təmiz, gözəl insansınız. Siz Ağstafa rayonunda səfərdə olanda bizə Sizi yaxından görmək, keçirdiyiniz içlasda iştirak etmək nəsib olub. Biz Sizin necə sadə bir insan olduğunuzun da şahidi olmuşuq. Onu da yaxşı bilirik ki, Siz məmura məmur, fəhləyə fəhlə kimi yanaşırsınız. Sizin belə yüksək insani keyfiyyətləriniz hər bir mədəniyyət işçisinə örnək olmalıdır. Təəsüf ki, Ramiz Quliyev  vəzifəsindən sui istifadə edir, Gülgün Kərimov isə ona havadarlıq edərək öz həmyerlilərinin hüquqlarını tapdalayır. Biz bilmirik Ramiz Quliyevin nazirlikdə arxasında duran kimdir? Onun əməllərini üstünü örtən, Sizdən gizlədən kimdir?

Hörmətli Əbülfəz Qarayev cənabları!

Odur ki, məlumat üçün Sizə bildirmək istəyirik ki, Ramiz Quliyev  ötən həftə kecirdiyi iclasda əsassız olaraq Ağstafa rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru İradə Namazovanı, Musiqi məktəbinin direktoru Arif Əliyevi toplantı iştirakçıları qarşısında mədəniyyət işçisinə yaraşmayan nəlaiq sözlərlə təhqir etdi. İradə Namazova Ramiz Quliyevin haqsız davranışına, onun bir qadın kimi ictimaiyyət arasında şəxsiyyətini alçaltdığına görə iclasdan sonra  işdən çıxmaq üçün ərizə verdi. Biz, onun işçiləri İradə xanımı bu yoldan çəkindirə bilmədik. 30 ildən artıq mədəniyyət sahəsində çalışan, bilik və bacarığını bu sahəyə həsr edən İradə Namazova Ramiz Quliyevin təziqlərinə məruz qalaraq bu addımı atdı . Sonra xəbər yayıldı ki, Musiqi məktəbinin direktoru Arif Əliyevdən də ərizə verməsini tələb edib.  Bütün bunlardan sonra biz mədəniyyət işçiləri Ramiz Quliyevin və Gülgün Kərimovun əməllərinə ehtirazımızı bildirmək məqsədilə  Ağstafa Reqional Mədəniyyət və Turizm İdarəsinin qarşısında  mitinq keçirtdik.  Bu mitinq böyük səs –küyə səbəb oldu. Hüquq mühafizə orqan nümayəndələri, təcili yardım əməkdaşları bir –birinə qarışmışdır. Hal- hazırda bütün Ağstafa bu mitinqdən danışır. Biz istəməzdik ki, rayonda belə vəziyyət yaransın. Lakin bizi buna Ramiz Quliyev məçbur etdi. Biz mərkəzi kitabxana sisteminin və musiqi məktəbinin işçiləri, ümumiyyətlə bütün zərər çəkənlər mətbuat və televiziya nümayəndələrini dəvət edərək növbəti mitinqə hazırlaşırıq. Çünki başqa çıxış yolumuz yoxdur. Ramiz Quliyevin növbəti qurbanı kim olacaq deyə narahatıq.

Hörmətli Əbülfəz Qarayev cənabları!

Hələ işlədiyimiz bu müddət ərzində biz belə haqsızlıqla qarşılaşmamışdıq. Biz mədəniyyət işçiləri cıxılmaz vəziyyətdə qalmışıq. Sözümüzü demək üçün Ağstafa rayonunda kimə müraçiət edəcəyimizi bilmirik. Bu müqəddəs Ramazan ayında Sizdən artıq dərəcədə xahiş edirik bizi Ramiz Quliyev bəlasından xilas edin. Mədəniyyət Nazirliyinin və mədəniyyət sahəsinin adını ləkələyənlərin cəzasını verin.

Çətin və gərgin iş rejiminizdən vaxt ayırıb bizim məktubumuzu oxuduğunuz üçün Sizə  Cənab Nazir, təşəkkür edirik.

 

 

Bir qrup Ağstafa rayon Mədəniyyət işcisi

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024