Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (26-05-2017, 11:15)
“Azərişıq”dan şikayətçi var

 Bakı şəhəri, Səbail rayonu ,R.Zorge 5, mənzil 8-də yaşayan sakin Aydın Kazımov Qafqaz Xəbər Agentliyinə müraciət edərək bildirir ki, 23 mayda günorta saat 12:00- da yaşadığı binada işıq kəsilmişdir: “Mən “Azərişıq”ın qaynar xətti olan 199 nömrəsinə zəng etdim.

Məndən sifariş qəbul edildi. Lakin axşam saat 20:00- dək “Azərişıq”ın Səbail rayon şöbəsindən heç bir elektrik gəlib qəzanı aradan qaldırmadı.

Axşam 20:00-da yenidən 199 qəza xidmətinə zəng etdim, bildirdilər ki, müraciətiniz qeydə alınıb. Saat 21:00- da yenidən zəng edib “Azərişıq”ın Səbail şöbəsinin telefon nömrəsini aldım və yenidən müraciət etdim. Yenə gələn olmadı. Saat 21:30- da yenidən Səbail şöbəsinə zəng edəndə operator mənə bildirdi ki, iki əməkdaşımız var və onlar hazırda çağırışdadır.

Xahiş etdim ki, onları bizim ünvana göndərsinlər. Operator bildirdi ki, onlar saat 23:00- dək gələ bilsələr gələcəklər, çünki saat 23:00-dan sonra işləmirlər. Mən soruşdum ki, Səbail böyük rayondur necə ola bilər ki cəmi qəza xidmətində 2 elektrik növbə çəksin, bəs eyni zamanda bir neçə yerdə qəza olsa qəzanı kim aradan qaldıracaq. Axır ki 22:30- da 2 əməkdaş gəlib çıxdı. Onların da heç bir elektrik aləti yox idi, bildirdilər ki, biz baxdıq qəza yerini təyin edə bilmədik, sonra müvəqqəti 1 saat işıq yandı sonra yenidən söndü.

Qeyd edim ki, onlarla birlikdə əsas transfarmator və sayğac bölməsinə baxış keçirtdik heç bir şey aşkar edə bilmədilər. Onlar bildirdi ki, artıq 23:00-da işləri yekunlaşır evə gedirlər. Mən onlardan soruşanda ki, bəs qəza xidməti maşınınız, avadanlığınız varmı, cavab verdilər ki, bizə ancaq “avtyorka” veriblər.

Məsələ hələ də həllini tapmamışdır və qəza aradan qaldırılmamışdır.

Sual olunur:

– Səbail rayonunun 100 mindən artıq əhalisinə 2 əməkdaş necə xidmət edir?

 – Əməkdaşların niyə xüsusi geyimi nə avadanlıqları yoxdur?

 – İşçilərin şəxsiyyətlərini təsdiq edən birkaları niyə yoxdur?

 – Qəza xidməti niyə maşınla təmin olunmayıb

– Niyə 23:00- dan sonra əhaliyə qəza xidməti göstərilmir?

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024